Bilirsinizmi?
Eramızın 70-ci ilindən sonra Yerusəlim məbədi nə vaxtsa bərpa olunubmu?
İSANIN Yehovanın məbədi barədə dediyi daş daş üstdə qalmayacaq peyğəmbərliyi eramızın 70-ci ilində Titin başçılığı altında Roma ordusu Yerusəlimi məhv edərkən yerinə yetdi (Mat. 24:2). Sonradan imperator Yuli bu məbədi yenidən bərpa etməyi planlaşdırdı.
Yuli sonuncu bütpərəst Roma imperatoru adlandırılır. Böyük Konstantinin ögey qardaşı oğlu Yuli saxta məsihçi təliminə öyrədilmişdi. Lakin eramızın 361-ci ilində o, imperator elan olunduqdan sonra öyrəndiyi təlimləri bütpərəstliyə dəyişdi. Tarixi kitablarda o, «dönük» kimi qələmə verilir.
Yuli «məsihçiliyə» nifrət edirdi. Səbəblərdən biri altı yaşında olarkən atasının və qohum-əqrəbalarının bu dinin nümayəndələri tərəfindən öldürülməsi idi. Kilsə tarixçilərinin dediyinə görə Yuli İsanın yalançı peyğəmbər olduğunu sübut etmək üçün israilliləri həmin məbədi bərpa etməyə təşviq etdia.
Yulinin məbədi bərpa etməyi planlaşdırdığına şübhə yoxdur. Tarixçilər onun məbədin bərpa işlərinə başlayıb-başlamadığı və əgər başlamışdısa, onda tikintinin nə üçün dayandırıldığı barədə mübahisə edirlər. Lakin bir şeyi əminliklə demək olar: hakimiyyətə gələndən iki il sonra Yuli öldürülür, layihəsi də onunla birlikdə ölür.
İsanın dövründə mövcud olan məbədin ərazisi indi də olduğu kimi qalır
a İsa məbədin heç zaman bərpa olunmayacağını deməmişdi. O, yalnız onun məhvi barədə peyğəmbərlik etmişdi. Bu da eramızın 70-ci ilində yerinə yetdi.