Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w14 15/6 s. 7
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2014
  • Oxşar material
  • Müqəddəs Kitabda kremasiya barədə nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Dirilməyə olan ümidin qüvvəsi var
    Gözətçi qülləsi 2000
  • «Ölülər necə diriləcək?»
    Gözətçi qülləsi 2020
Gözətçi qülləsi 2014
w14 15/6 s. 7
Cənnətdə dirilmiş insanlar qarşılanır

Oxucuların sualları

Məsihçilərə cənazəni yandırmaq caizdirmi?

Müqəddəs Yazılarda cənazəni yandırmağın səhv olması ilə bağlı heç nə deyilmir.

Allahın Kəlamında insanın cəsədinin və ya sümüklərinin yandırılmasına dair hadisələr qələmə alınıb (Yeşua 7:25; 2 Saln. 34:4, 5). Ola bilsin, həmin adam basdırılmağa layiq görülmürdü. Lakin meyitin yandırılması həmişə bu niyyətdən irəli gələrək edilməyib.

Bunu Şaul padşah və üç oğlu ölən zaman baş verən hadisədən görmək olar. Onların dördü də filiştlilərlə döyüşdə öldürülmüşdü. Şaulun oğullarından biri Davudun can dostu olan Yonatan idi. Yaveş-Gileadda yaşayan cəsur israillilər baş verənlərdən xəbər tutanda gedib cəsədin dördünü də gətirdilər və onları yandırıb sümüklərini basdırdılar. Sonradan Davud həmin israilliləri bu hərəkətlərinə görə təriflədi (1 Şam. 31:2, 8—13; 2 Şam. 2:4—6).

Müqəddəs Kitabda ölənlər üçün dirilmə ümidi olduğu deyilir: Allah həmin insanı yenidən həyata qaytaracaq. Buna görə də ölən insanın yandırılıb-yandırılmamasından asılı olmayaraq, Yehova onu yeni bədəndə həyata qaytarmağa qadirdir. Padşah Navuxodonosorun əmrilə öldürülmək üçün qızmar sobaya atılan üç imanlı ibrani zərrə qədər də şübhə etmirdi ki, odda yansalar da, Allah onları diriltməyə qadirdir (Dan. 3:16—18). Bunu həmçinin nasist işgəncə düşərgələrində öldürülüb sonra isə yandırılan Yehovanın sadiq xidmətçilərinə də aid etmək olar. Yehovanın bir çox sadiq xidmətçiləri partlayış və ya hansısa hadisə zamanı tamamilə yox olublar. Bununla belə, onlar mütləq dirildiləcəklər (Vəhy 20:13).

Ölən insanı diriltmək üçün Yehovaya onun əvvəlki bədənini təzədən yığmaq lazım deyil. Bunu Allahın məsh olunmuş məsihçiləri göylər həyatına diriltməsindən görə bilərik. «Ruhani varlıq kimi dirildi»lən İsa kimi, məsh olunmuşlar da əvvəlki şəxsiyyətdə, lakin ruhani bədəndə dirilirlər. Əvvəlki fiziki bədənləri onlarla birgə göyə getmir (1 Pet. 3:18; 1 Kor. 15:42—53; 1 Yəh. 3:2).

Biz dirilməyə cənazənin yandırılıb-yandırılmamasına əsasən yox, Allahın diriltməyə qadir olduğuna və vədlərini yerinə yetirmək istədiyinə iman etdiyimiz üçün ümid edirik (Həv. iş. 24:15). Düzdür, ola bilsin, biz Allahın keçmişdə insanları möcüzəvi şəkildə necə diriltdiyini və bunu gələcəkdə necə edəcəyini tam dərk etmirik. Ancaq biz Yehovaya tam güvənirik. Çünki O, İsanı diriltməklə «zəmanət verib» (Həv. iş. 17:31; Luka 24:2, 3).

Yaxşı olar ki, məsihçilər cənazə ilə nə edəcəklərinə qərar verərkən ictimai qaydaları, camaatın fikrini və qanuni tələbləri nəzərə alsınlar (2 Kor. 6:3, 4). Deməli, ölən insanın cənazəsini yandırıb-yandırmamaq onun özünün və ya ailəsinin qərarıdır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş