Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w14 1/7 s. 3
  • Başı bəlalı dünya!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Başı bəlalı dünya!
  • Gözətçi qülləsi 2014
  • Oxşar material
  • Pis şeylər yaxşı insanların başına gəlir Axı niyə?
    Gözətçi qülləsi 2014
  • Allah pisliyə nə üçün yol verir?
    Gözətçi qülləsi 2007
  • Allah Öz bəndələrinə əzab verirmi?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Giriş
    Oyanın! 2020
Əlavə
Gözətçi qülləsi 2014
w14 1/7 s. 3

ÜZ QABIĞINDA | PİS ŞEYLƏR YAXŞI İNSANLARIN BAŞINA GƏLİR?

Başı bəlalı dünya!

Bədbəxtlik üz verən dərdli ailə üzvləri

Banqladeşin Dəkkə şəhərində yaşayan 35 yaşlı Smitanıa mehriban, hamıya can yandıran bir qadın kimi tanıyırdılar. O, zəhmətkeş insan və gözəl həyat yoldaşı idi. Smita insanlara Allah haqqında öyrətməkdən sevinc duyardı. Ancaq onun qəfil xəstəliyə düçar olub bir həftənin içində can verməsi yaxınlarını və dostlarını yaman sarsıtmışdı!

Nyu–Yorkda yaşayan Ceymsi və həyat yoldaşını hamı sevirdi. Bir bahar günü onlar ABŞ-in qərb sahillərində yaşayan dostlarıgilə qonaq getmiş və bir daha evlərinə geri qayıtmamışlar. Hardasa 30 yaşlarında olan bu gənc cütlüyün avtomobil qəzasında həlak olması sevənlərinin və iş yoldaşlarının ürəyinə dağ basmışdı.

Dünyanın pislik və bəla girdabında batdığını görmək üçün uzağa getmək lazım deyil. Müharibələrdə əsgərlərlə yanaşı, dinc əhali də qırılır. Günahsız insanlar cinayətkarlığın və zorakılığın qurbanı olurlar. Ölümlə nəticələnən bədbəxt hadisələr və insanı şikəst qoyan xəstəliklər qoca-cavan bilmədən, kimliyinə baxmadan hamının başına gəlir. Təbii fəlakətlər ağına-bozuna baxmadan hər şeyi silib-süpürür. Qərəz və ədalətsizlik geniş vüsət alıb. Bəlkə, siz də bu kimi şeylərin qurbanı olmusunuz.

Bizdə təbii olaraq aşağıdakı suallar yarana bilər:

  • Niyə pis şeylər yaxşı insanların başına gəlir?

  • Bəlaların səbəbkarı Allahdır?

  • Bəlalar təsadüfən olur, yoxsa bu, insanların işidir?

  • İnsanın başına gələn fəlakətlər keçmiş həyatda etdiyi günahların (karma qanunu) əvəzidir?

  • Qadir Allah yaxşı insanları niyə qorumur?

  • Dərd-sər nə vaxtsa bitəcək?

Bu sualların cavabını bilmək üçün iki vacib sualın cavabını tapmalıyıq: ümumiyyətlə, pisliyin səbəbi nədir? Allah bütün bu şeylərə necə çarə qılacaq?

a Adlar dəyişdirilib.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş