Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp17 №  1 s. 3
  • Müqəddəs Kitabı oxumaq nə üçün lazımdır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitabı oxumaq nə üçün lazımdır?
  • Gözətçi qülləsi (kütləvi) 2017
  • Oxşar material
  • Müqəddəs Kitabı oxumaqdan zövq alın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Oxumaqla məşğul ol
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Uşaqların kitab oxuması nəyə görə vacibdir? I Hissə. Oxumaq, yoxsa baxmaq?
    Ailələrə komək
  • Müqəddəs Kitabı oxumaq faydalı və xoşdur
    Gözətçi qülləsi 2000
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2017
wp17 №  1 s. 3
Bir qadın kitab rəfindən Müqəddəs Kitabı götürür

ÜZ QABIĞINDAKI MÖVZU | MÜQƏDDƏS KİTABI OXUMAĞIN HANSI FAYDASI VAR?

Müqəddəs Kitabı oxumaq nə üçün lazımdır?

«Mənə elə gəlirdi ki, Müqəddəs Kitab qəlizdir» (Covi).

«Düşünürdüm ki, bu kitabı oxumağa hövsələm çatmaz» (Qvene).

«Müqəddəs Kitabın qalınlığını görəndə onu oxumaq həvəsim təmiz öldü» (Yezekiyel).

Heç elə olubmu ki, siz də nə vaxtsa Müqəddəs Kitabı oxumaq istəmisiniz, lakin bu kimi səbəblər ucbatından fikrinizdən daşınmısınız? Çoxları üçün bu kitabı oxumaq çətin görünür. Bəs bilirsiniz ki, Allahın Kəlamını oxumaqla həyatınıza xoşbəxtlik və məna qata bilərsiniz? Xəbəriniz var ki, Müqəddəs Kitabı oxumağı maraqlı edən bəzi üsullar var?

Bu suallara cavab tapmaq üçün gəlin Allahın Kəlamını oxumağın xeyrini görən bəzi insanların dediyi sözlərə diqqət yetirək.

20 yaşlı Yezekiyel deyir: «Əvvəllər mən maşını məqsədsiz sürən sürücü kimi idim. Lakin Müqəddəs Kitabı oxumağın sayəsində həyatımda məna tapdım. Bu kitabda hər günümüz üçün faydalı məsləhətlər var».

Freyda adlı 20 yaşlı digər bir gənc bölüşür: «Əvvəllər özümdən tez çıxırdım. Lakin Müqəddəs Kitabı oxumaq mənə təmkinli olmağa kömək etdi. İndi başqaları ilə yola getmək mənim üçün daha asandır, çoxlu dostum var».

50 yaşı olan Yunəs adlı qadın deyir: «Allahın Kəlamı mənə daha yaxşı insan olmağa və pis vərdişlərimi tərgitməyə kömək etdi».

Adı çəkilən bu insanların və milyonlarla digər insanın hadisəsi göstərir ki, Allahın Kəlamı sizə xoşbəxt olmağa kömək edə bilər (Əşiya 48:17, 18). Məsələn, Allahın Kəlamını oxumaq sizə düzgün qərarlar verməyə, əsl dostlar tapmağa, stressin öhdəsindən gəlməyə, ən əsası isə, Allahı yaxından tanımağa kömək edə bilər. Müqəddəs Kitabın içində yazılanlar Allahın sözləridir, buna görə orada yazılanların sizə heç vaxt ziyanı dəyməz. Allah-Taala heç vaxt pis məsləhət verməz.

Əsas məsələ oxumağa başlamaqdır. Bəs necə edə bilərsiniz ki, Müqəddəs Kitabı oxumaq sizə asan və maraqlı olsun?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş