Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w18 noyabr s. 31
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2018
  • Oxşar material
  • Müqəddəs Kitab ayələrini necə tapa bilərik?
    Əlavə mövzular
  • Qədim Yerusəlim nə vaxt dağıdılıb? Birinci hissə
    Gözətçi qülləsi 2011
  • Dərs 3. Vaxt axınındakı hadisələr
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2004
  • Zaman xətti
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
Gözətçi qülləsi 2018
w18 noyabr s. 31

Oxucuların sualları

Ölümündən öncəki gecə İsa Məsihin haqqında danışdığı Hami kimlərə aid işlənirdi və nə üçün onlara belə titul verilirdi?

Qədim dövrdə Hami

İsa Məsih həvariləri ilə keçirdiyi sonuncu gecə onlara dindaşları arasında yüksək mövqeyə can atmamağı tapşırıb demişdi: «Xalqların hökmdarları onlara ağalıq edir, onların üzərində hakimiyyət sürənləri Hami kimi ucaldırlar. Siz isə belə olmamalısınız» (Luka 22:25, 26).

İsa Məsihin haqqında bəhs etdiyi Hami kimlərə deyilirdi? Kitabələrdən, qəpiklərdən və əlyazmalardan aydın görmək olar ki, Yunanıstan və Romada hökmdarlar, nüfuzlu kişilər Everqet, yəni «Hami» titulu ilə təltif olunurdu. Adətən bu cür fəxri titullar cəmiyyət üçün müəyyən işlər görmüş insanlara verilirdi.

«Hami» titulunu bir çox hökmdarlar daşıyıb. Misir hökmdarlarından III Ptolemey Everqeti (təx. b. e. ə. 247—222) və VIII Ptolemey II Everqeti (təx. b. e. ə. 147—117) buna misal çəkmək olar. Roma hökmdarları Yuli Sezar (b. e. ə. 48—44) və Avqust (b. e. ə. 31 — b. e. 14), o cümlədən Yəhuda hökmdarı Böyük Hirod da bu titula sahib idi. Ehtimal ki, Hiroda bu fəxri titul ölkəyə buğda idxal edərək xalqı aclıqdan qurtardığına və ehtiyacı olanları geyimlə təmin etdiyinə görə verilmişdi.

Müqəddəs Kitab üzrə alman alimi Adolf Deysman Hami titulunun geniş yayıldığını qeyd edir: «Azacıq vaxt sərf etməklə kitabələrdə [bu titulun rast gəlindiyi] yüzdən çox nümunə tapmaq olar».

Bəs nə üçün İsa Məsih şagirdlərinə «siz isə belə olmamalısınız» demişdi? Bununla o, şagirdlərinə ictimaiyyətə fayda verən işləri görməyin düzgün olmadığını deyirdi? Xeyr. İsa Məsihi narahat edən səxavətli hərəkətlərin arxasında duran niyyət idi.

Məsihin yaşadığı dövrdə varlı insanlar teatrlardakı tamaşalara və oyunlara sponsorluq etməklə, parklar salmaqla, məbədlər tikməklə və bu kimi işlərə dəstək olmaqla özlərinə yaxşı ad qazanmaq məqsədini güdürdülər. Onlar bunu camaatdan alqış almaq, məşhurlaşmaq və səs toplamaq üçün edirdilər. Bir mənbəyə əsasən, «xeyriyyə edənlər arasında həqiqətən səxavətli insanlar olsa da, çox vaxt bu işlərin arxasında siyasi maraq dururdu». İsa Məsih şagirdlərinə özlərini şöhrətpərəstlik və xudbinlik ruhundan gözləməyi tapşırmışdı.

Bir neçə il sonra həvari Bulus da səxavət göstərərkən bunu düzgün niyyətdən etməyin vacibliyini vurğulamışdı. O, Korinfdəki yığıncaqlara növbəti sözləri yazmışdı: «Qoy hər kəs ürəyində qət etdiyi kimi versin, könülsüz və ya məcburi verməsin, axı Allah gülərüzlə verəni sevir» (2 Kor. 9:7).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş