Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/08 s. 1
  • Yehova ən üstün qüdrəti verir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova ən üstün qüdrəti verir
  • Müqəddəs ibadətimiz 2008
  • Oxşar material
  • Yeqova yorğun olana qüvvət verir
    Gözətçi qülləsi 2001
  • Allahın dəstəklədiyi iş
    Müqəddəs ibadətimiz 2004
  • Yehova sizə güc verəcək
    Gözətçi qülləsi 2021
  • Yehova sizi güclü edəcək
    Gözətçi qülləsi 2023
Əlavə
Müqəddəs ibadətimiz 2008
km 7/08 s. 1

Yehova ən üstün qüdrəti verir

1 İsanın bütün şagirdlərinə nadir üstünlük olan müqəddəs xidmət — məsihçi xidməti — həvalə edilib (Mat. 24:14; 28:19, 20). Ancaq qeyri-kamillik və dünyanın göstərdiyi təzyiq ucbatından hərdən özümüzü bu iş üçün yararsız hesab edə bilərik.

2 Belə hallar baş verəndə həvari Pavelin Korinfdəki məsh olunmuş məsihçilərə yazdığı məktub bizə təskinlik gətirə bilər. O yazırdı: «Bu sərvəti saxsı qablarda saxlayırıq» (2 Kor. 4:7). Pavel əminliklə deyirdi: «Bu cür xidmətə malik olduğumuz üçün ruhdan düşmürük» (2 Kor. 4:1). Düzdür, məsh olunmuş, yaxud ‘başqa qoyunlardan’ olmağımızdan asılı olmayaraq, hər birimiz üçün xoş xəbəri təbliğ etmək, eləcə də ‘ruhdan düşməmək’ çətindir. ‘Ən üstün qüdrəti’ verən Allahın gücünə ehtiyacımız var (Yəh. 10:16; 2 Kor. 4:7b).

3 Çox ruhlandırıcıdır ki, bir çox Şahidlər şiddətli müqavimətlərə, səhhətləri ilə bağlı ciddi problemlərə, yaxud maddi cəhətdən korluq çəkmələrinə baxmayaraq, səylə təbliğ edirlər. Hər birimiz başa düşməliyik ki, təbliğ etmək tapşırığına Yehova Özü dayaq durur. Ruh düşkünlüyünün və ya təlaşın təbliğ etmək qətiyyətimizi zəiflətməsinə yol vermək əvəzinə, gəlin ‘Rəbbdə və Onun üstün qüdrətində qüvvətlənək’ (Efes. 6:10; Sül. məs. 24:10).

4 Ən üstün qüdrəti necə almaq olar? Duada mətanətli olaraq, Allahdan kömək və güc istə (Rom. 12:12; Filip. 4:6, 7). Sonra Yehovanın ən üstün qüdrəti verəcəyinə bütün qəlbinlə etibar et (Sül. məs. 3:5). Jurnallarımızdan müasir həmimanlılarımızın tərcümeyi-halını oxu, çünki onlar Yehovanın bu gün də Öz xidmətçilərinə sınaqlara tab gətirməyə kömək etdiyinə sübutdur. Yığıncaqdakı bacı-qardaşlarla yaxın ol, yığıncaq görüşlərini buraxma (Rom. 1:11, 12; İbr. 10:24, 25).

5 Gəlin əlimizdən gələn hər şeyi edək ki, Yehova ən üstün qüdrət olan və ən vacib işdə — Padşahlığın təbliği işində ruhdan düşməməyə kömək edəcək gücü bizə versin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş