E’lanlar
◼ Fevralda paylanacaq ədəbiyyat: “Həyat necə əmələ gəlib? Təkamül, yoxsa yaradılma yolu ilə?” və ya yığıncaqda olan hər hansı 192 səhifəli kitab. Mart: “Əbədi həyata aparan bilik”. Həmin ay Müqəddəs Kitab öyrənməsi başlamaq üçün xüsusi sə’y göstəriləcək. Aprel və may: “Gözətçi Qülləsi” və “Oyanın!” jurnalları. Təkrar başçəkmə zamanı maraq göstərənlərə, öyrənmə başlamaq məqsədilə “Allah tələb edir” broşürasını təklif edin.
◼ Tə’yin olunmamış sahədə təbliğ edərkən “Bilik” kitabını və ya “Allah tələb edir” broşürasını təklif edə bilərik. Əgər mənzilin sahibində bu nəşrlərin hər ikisi varsa, onda hər hansı başqa bir ədəbiyyatı təklif etmək olar. Evdə adam olmayan və ya ədəbiyatdan imtina edilən hallarda traktat saxlamaq olar. Bunun üçün hamının bir neçə müxtəlif traktatı olmalıdır. Əgər yaxınlıqdakı yığıncaqların təbliğçilərinin tə’yin olunmamış həmin sahəni işləmək imkanı varsa, insanların marağını artırmaqda davam etmək üçün sə’y göstərmələri gərəkdir.
◼ Sədrlik edən nəzarətçi və yaxud onun tə’yin etdiyi qardaş, martın 1–də və ya ən yaxın tarixdə yığıncağın büdcəsini yoxlamalıdır. Növbəti maliyyə hesabatı yığıncaqda oxunduqdan sonra, aparılan yoxlama haqqında e’lan edin.
◼ Yığıncağın katibi və xidməti nəzarətçisi, tammüddətli pionerlərin fəaliyyətini gözdən keçirməlidirlər. Əgər kiməsə saat normasını yerinə yetirmək çətindirsə, ağsaqqallar lazımi kömək göstərmək üçün qayğı göstərməlidirlər. Bunu necə etməyə dair məsləhətləri illik məktublarda (S–201) tapmaq olar. Həmçinin 1993–cü il (rus.) iyun ayı üçün “Bizim Padşahlıq Xidmətimiz”in əlavə vərəqəsindəki 12–20–ci abzaslara baxın.
◼ Katib nəzarət etməlidir ki, “Padşahlıq Zallarının tikintisində müvəqqəti olaraq iştirak etmək üçün könüllünün anketi”ni (S–82) dolduran vəftiz olunmuş bütün təbliğçilərin statusu haqqında Regional tikinti komitəsinin mə’lumatı olsun. Könüllünün statusunda dəyişikliklər baş verərsə, misal üçün, o, başqa yerə köçər, yaxud xidməti köməkçi və ya ağsaqqal tə’yinatını alarsa dərhal yeni blank doldurub göndərmək lazımdır. Əgər könüllünün ünvanı və ya telefon nömrəsi dəyişibsə və ya yığıncaqda artıq nümunəvi təbliğçi deyilsə, ağsaqqallar tə’xirə salmadan bu haqda məktubda Regional tikinti komitəsinə bildirməlidirlər.
◼ 2002–ci ildə keçiriləcək Xatirə Gecəsi ilə əlaqədar aprelin 14–də bazar günü “Qorxunc günü” yaddaşınızda möhkəm saxlayın!” adlı xüsusi mə’ruzə söylənəcək. Mə’ruzənin planı əvvəlcədən təqdim olunacaq. Həmin istirahət günləri rayon nəzarətçisinin ziyarət etdiyi, yaxud rayon və ya xüsusi konqres keçirilən yığıncaqlarda mə’ruzə bir həftə sonra söylənilməlidir. Mə’ruzə, 2002–ci il aprelin 14–ə qədər heç bir yığıncaqda söylənilməməlidir.
◼ Yığıncaqlar rus dilində “Gözətçi Qülləsinin 1996–2000–ci il buraxılışlarının indeksi”ni (dx96–00, 5800 №–li əşya) sifariş edə bilərlər. Xüsusi sifarişlə olan bu nəşri ehtiyat üçün artıq sayda sifariş etmək lazım deyil. “İndeks” əldə edilənə gədər, göndərilən ədəbiyatın siyahısında (CS–74) “Sifariş qeyd olunmuşdur” qrafasında göstəriləcək.
◼ Cəmiyyət tərəfindən rumın dilinə tərcümə olunumuş və nəşr edilən “Yunanca Müqəddəs Yazılar — Yeni dünya tərcüməsi”ndən (bi7–M) başqa, bu dildə “Yunanca Müqəddəs Yazılar”dan və “İbranicə Müqəddəs Yazılar”dan ibarət olan Müqəddəs Kitabı sifariş etmək olar. Lakin bu bütöv Müqəddəs Kitab (bi, 3100№–li əşya) Cəmiyyət tərəfindən nəşr olunmur.
◼ 2002 il fevralın 11–dən başlanan həftədən 2002 il martın 18–dən başlanan həftəyədək yığıncağın kitab öyrənməsində “Allah tələb edir” broşürasının öyrənilməsi keçiriləcək.
◼ Yeni nəşrlər:
“Yehovanın Şahidləri. Onlar kimdir? Nəyə inanırlar?” —monqol dilində
“Mənim Müqəddəs Kitab hekayələri kitabım” (balaca) —Litva dilində
“İşayanın peyğəmbərliyi — bütün bəşəriyyət üçün işıqdır II” — tamil dilində
◼ Yeni audiokasetlər:
“Yehovanın hakimiyyətinə hörmət et” — polyak dilində