Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 3/02 s. 7
  • E’lanlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • E’lanlar
  • Müqəddəs ibadətimiz 2002
Müqəddəs ibadətimiz 2002
km 3/02 s. 7

E’lanlar

◼ Mart ayında paylanacaq ədəbiyyat: “Əbədi həyata aparan bilik”. Müqəddəs Kitab öyrənməsi başlamaq üçün xüsusi sə’y göstəriləcəkdir. Aprel və may: “Gözətçi Qülləsi” və “Oyanın!” jurnalları. Təbliğçilər sakinlərə bildirməlidilər ki, arzu edərlərsə, ümumdünya təbliğ işinə ianə edə bilərlər. Maraq göstərənlərə, Müqəddəs Kitab öyrənməsi başlamaq məqsədilə “Allah tələb edir” broşürasını təklif edin. İyun: “Allah bizdən nə tələb edir?” və ya “Əbədi həyata aparan bilik”. Söhbət etdiyiniz şəxsdə bu nəşrlər varsa, yığıncaqda olan müvafiq broşüraları təklif edin.

◼ Təbliğçilər aprel ayında köməkçi pioner kimi xidmət edəcəklərini indidən qərara almalıdırlar ki, anketi qabaqcadan təqdim edə bilsinlər. Bu, təbliğ görüşləri üçün lazımi tədbirlər təşkil etmək, həmçinin jurnal və digər nəşrlərin kifayət etməsi üçün qayğı çəkməkdə ağsaqqallara kömək edəcəkdir. Köməkçi pioner tə’yin olunanların adlarını hər ay yığıncaqda e’lan etmək lazımdır.

◼ Xatirə Gecəsi 2002–ci il, martın 28–də, cümə axşamı keçiriləcəkdir. Həmən gün sizin yığıncaq görüşlər keçirirsə və Padşahlıq Zalındakı görüşlərin qrafiki yol verirsə, onları həftənin başqa gününə keçirmək lazımdır. Əgər bu mümkün deyilsə və xidməti görüş tə’xirə düşürsə, onda həmin görüşün sizin yığıncağa uyğun gələn bəndlərini növbəti xidməti görüşə daxil etmək olar.

◼ Filial, təbliğçilərin ədəbiyyat üçün şəxsi sifarişlərini yerinə yetirmir. Sədirlik edən nəzarətçi qayğı göstərməlidir ki, aylıq sifarişi filiala yollamazdan əvvəl bu barədə yığıncaqda hər ay e’lan edilsin və şəxsi sifariş etmək istəyən hər bir kəs bu barədə ədəbiyyat üçün cavabdeh qardaşa xəbər verə bilsin. Xahiş olunur ki, xüsusi sifarişlə verilən nəşrləri yadda saxlayın.

◼ Azərbaycan dilində olan bütün ədəbiyyat gələcəkdə latın əlifbası ilə dərc olunacaqdır. Hələ bir xeyli müddət kiril əlifbası ilə ədəbiyyat olacaq.

◼ Yeni nəşrlər:

“Allahın rəhbərliyi Cənnətə aparan yolu göstərir” — Azərbaycan (latın)

“Həyatda məmnunluğu necə tapmaq olar?” — monqol

“Yehovanın Şahidləri nəyə inanırlar?” — tatar

“İsa Məsih kimdir?” — abxaz

“Müqəddəs Kitab haqqında daha çox bilmək istəyərdinizmi?” — bolqar, kazax

◼ Yeni videokasetlər:

“Sınaqlar zamanı sadiq qalanlar. Yehovanın Şahidləri Sovet İttifaqında (NTSC və PAL variantları) — ingilis

“Əbədi həyata aparan bilik” (1–ci hissə) (vckl–1, 2626–1 №–li əşya) —rus

◼ Artıq dərc olunmayacaq:

“Teokratik Xidmət Məktəbi üçün Rəhbərlik” — rus

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş