E’lanlar
◼ Oktyabr ayında paylanacaq ədəbiyyat: “Gözətçi Qülləsi” və “Oyanın!” jurnalları. Maraq göstərilən yerdə, Müqəddəs Kitab öyrənməsi başlamaq məqsədilə “Allah tələb edir” broşürasını təklif edin. Noyabr: “Allah bizdən nə tələb edir?” və ya “Əbədi həyata aparan bilik”. Əgər söhbət etdiyiniz adamlarda artıq bu nəşrlər varsa, əvvəllər nəşr olunmuş başqa ədəbiyyat təklif etmək olar. Sizdə yoxdursa, başqa yığıncaqlarda olub-olmadığını öyrənə bilərsiniz. Dekabr: “Ailə xoşbəxtliyinin sirri”. Yanvar: Yığıncaqda olan hər hansı 192 səhifəli kitab.
◼ Əgər yanvarın 1-dən sizin yığıncaq görüşlərinin vaxtı dəyişəcəksə, katib bu haqda filiala mə’lumat vermək üçün “Yığıncaq görüşləri haqda mə’lumat” blankını doldurub yollamalıdır.
◼ Yeni nəşrlər:
“Hamı üçün olan kitab” — azərbaycanca (latın)
“Allah bizdən nə tələb edir?” — azərbaycanca (latın)
“Ailə xoşbəxtliyin sirri” — azərbaycanca (latın)
“Allahın rəhbərliyi Cənnətə aparan yolu göstərir” — qırğız dilində
“Yehovanın Şahidləri — onlar kimdirlər?” — qırğız dilində
“Müqəddəs Kitab əsasında söhbət etmək üçün mövzular” — azərbaycanca (latın), qırğız və osetin dillərində
“Teokratik Xidmət Məktəbində tə’lim alırıq” — erməni, qırğız, makedoniya və osetin dillərində
“Əbədi həyata aparan bilik” (iri şriftlə) — rus və Ukrayna dillərində
Vəhy. Möhtəşəm zirvəsi yaxındır!— rusca
◼ Yeni videokasetlər:
“Qansız müalicə. Tibb güzəştə gedir” (vcnb, 2316 №-li əşya) — rusca
◼ “Yehovaya yaxınlaş” (cl, 5331 №-li əşya) adlı kitab növbəti dillərdə nəşr olunub: alman, bolqar, çex, daniya, fici, fin, fransız, gürcü, hausa, xorvat, İndoneziya, ingilis, isoko, İspan, İsveç, italyan, ivrit, kinyaruanda, latış, Litva, macar, makedoniya, Niderland, polyak, portuqal, rumın, rus, sebuan, serb (Kirill), Sinqal, slovak, sloven, suaxili, Taqal, Ukrayna, yapon və yunan.
◼ “Yeganə həqiqi Allaha ibadət edin” (wt, 5229 №-li əşya) adlı kitab növbəti dillərdə nəşr olunub: alban, alman, bolqar, Çin, Çin (sadələşmiş), çex, erməni, ərəb, fin, fransız, gürcü, xorvat, İndoneziya, ingilis, İspan, İsveç, italyan, ivrit, kinyaruanda, kirundi, qırğız, latış, Litva, macar, Malaqay, Niderland, Norveç, osetin, papyamento (Kürasao), polyak, portuqal, rus, sebuan, serb (Kirill), Sinqal, slovak, sloven, Taqal, Ukrayna, yapon və yunan.