“Ailə xoşbəxtliyi” kitabını öyrənəcəyik
Siz, 2003-cü il martın 3-dən başlanan həftədən yığıncağın kitaböyrənməsində “Ailə xoşbəxtliyinin sirri” kitabının öyrəniləcəyini bilməyə şad olacaqsınız. Heç kim xoşbəxt ailə həyatı üçün praktiki olan Müqəddəs Kitab rəhbərliyini qrup halında öyrənməkdən imtina etməz. Öyrənmənin qrafiki elə tərtib edilib ki, hər bir fəsli və ya Müqəddəs Kitabın hər bir ayəsini dərindən tədqiq etmək mümkün olsun.
Birinci fəsildə Müqəddəs Kitab ayələri az olduğundan, öyrənmənin ilk həftəsində birinci fəsil bütöv müzakirə ediləcək. Elə bu səbəbdən 15-ci fəsli də bir dəfəyə öyrənəcəyik. Lakin qalan bütün fəsillər iki hissəyə bölünəcək və hər həftə fəslin təxminən yarısı nəzərdən keçiriləcək. Beləliklə, fəsildə sitat gətirilən bütün ayələri oxuyub müzakirə etmək, həmçinin hər abzasda sitat gətirilən bütün ayələrin tətbiqini müzakirə etmək üçün kifayət qədər vaxt olacaq.
Öyrənmə zamanı hər fəslin sonunda olan tə’lim çərçivəsindəki materialı müzakirə etmək vacib rol oynayacaqdır. Buna görə də, həmin çərçivədəki sualları və ayələri nəzərdən keçirmək üçün kifayət qədər vaxt ayırmaq lazımdır.
Kitaböyrənməyə hazırlaşmaq üçün həftə ərzində kifayət qədər vaxt ayır. Tapşırılan materialı abzas-abzas oxu. Qoyulan hər sual üzərində düşün. Kitabında cavabları qeyd et. Qeyd edilən bütün ayələri Müqəddəs Kitabdan tap və həmin ayələrin məqalə ilə bağlılığını müəyyən et. Öyrəndiklərinin üzərində dərindən düşün. Bundan sonra, hazırlığının bəhrəsini kitaböyrənmənin üzvləri ilə bölüşə bilərsən.
Yığıncağın kitaböyrənmə nəzarətçiləri öyrənməyə necə hazırlaşdıqlarına xüsusi diqqət yetirməyə və onların qruplarına tə’yin olunanların hamısını, o cümlədən yeni gələnləri də yaxşı hazırlaşmağa, görüşlərə müntəzəm gəlməyə və müzakirədə iştirak etməyə həvəsləndirməyə təşviq olunurlar (om 75-77, rus.).