E’lanlar
◼ Aprel və may aylarında paylanacaq ədəbiyyat: “Gözətçi Qülləsi” jurnalı. Təkrar baş çəkərkən, maraqlanan insanlara, o cümlədən Xatirə Gecəsinə və ya məsihçi görüşlərinə gələnlərə, lakin yığıncaqla hələ sıx bağlı olmayanlara “Bilik” kitabını verməyə çalışın. Hər bir imkandan istifadə edərək Müqəddəs Kitab öyrənməsi başlayın, xüsusilə də Müqəddəs Kitabı əvvəllər “Bilik” kitabı və ya “Allah tələb edir” broşürası vasitəsilə öyrənənlərlə. İyun: “Bilik” kitabı və ya “Allah tələb edir” broşürası. Ev sahibində bu nəşrlər varsa, yığıncaqda olan başqa müvafiq broşüraları təklif edin. İyul və Avqust: Sadalanan 32 səhifəlik broşüralardan hər hansını: “Allah həqiqətən də bizim qeydimizə qalırmı?”, “Yer üzündəki həyata əbədiyyən sevin!”, “Cənnət gətirən bir hökumət”, “İnsan öləndə nə baş verir?”, “Sizə əziz olan adam öləndə”, “Həyatın mə’nası nədədir? Onu necə tapmaq olar?”.
◼ Yığıncaqlarda sədrlik edən nəzarətçilərin və katiblərin ünvanları, həmçinin telefon nömrələri haqqında bütün mə’lumat filiala çatdırılmalıdır. Əgər hər hansı bir dəyişiklik baş verirsə, yığıncağın xidməti kömitəsi “Sədrlik edən nəzarətçinin/katibin ünvanında dəyişiklik” (S-29) blankını doldurmalı və imzalayıb filiala göndərməlidir. Həmçinin, poçt indeksinin dəyişilməsi barədə də xəbər vermək lazımdır.
◼ Yığıncaqların katibləri qayğı göstərməlidirlər ki, əldə kifayət qədər “Pioner xidməti üçün ərizə” (S-205) və “Köməkçi pioner xidməti üçün ərizə” (S-205b) blankları olsun. Onları “Ədəbiyyat sifarişi üçün blank”ın (S-14) köməyi ilə sifariş etmək olar. Yığıncaqda ən azı bir illik blank ehtiyatı olmalıdır. Yoxlayın ki, pioner xidməti üçün ərizələr tam doldurulsun. Əgər ərizə götürən təbliğçilər vəftiz olunduqları günü xatırlaya bilmirlərsə, həmin tarixi təxminən müəyyən etdikdən sonra özləri üçün qeyd edib saxlamalıdırlar.
◼ Başqa ölkəyə səyahət zamanı oradakı yığıncaqda, rayon və ya vilayət konqresində iştirak etmək istəyirsinizsə, tarixə, aya və yerə dair sorğunuzu həmən ölkədə yerləşən filiala göndərin. Filialların ünvanını “Yehovanın Şahidlərinin illik məcmuəsi”nin yeni nəşrində tapa bilərsiniz.