Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 3/05 s. 7
  • E’lanlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • E’lanlar
  • Müqəddəs ibadətimiz 2005
Müqəddəs ibadətimiz 2005
km 3/05 s. 7

E’lanlar

◼ Mart ayında paylanacaq ədəbiyyat: «Oyaq durun!» broşürası. Əgər insan səmimi maraq göstərirsə, «Bilik» kitabını təklif et və Müqəddəs Kitab öyrənməsi başlamağa çalış. Aprel və may: «Gözətçi Qülləsi» jurnalı. Təkrar baş çəkərkən maraqlanan insanlara, o cümlədən Xatirə Gecəsinə və ya məsihçi görüşlərinə gələn, lakin yığıncaqla hələ sıx bağlı olmayanlara «Bilik» kitabını verməyə çalışın. Hər bir imkandan istifadə edərək Müqəddəs Kitab öyrənməsi başlayın, xüsusilə də Müqəddəs Kitabı əvvəllər «Bilik» kitabı və ya «Allah tələb edir» broşürası vasitəsilə öyrənənlərlə. İyun: «Allah tələb edir» broşürası.

◼ Vacibdir ki, «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarının yeni sayları yığıncağa çatdıqdan tez sonra təbliğçilərə paylansın. Bu imkan yaradar ki, təbliğçilər bu jurnalları xidmətdə paylamazdan əvvəl onların məzmunu ilə özləri tanış ola bilsinlər. «Bizim Padşahlıq Xidmətimiz»i aldıqdan tez sonra təbliğçilərə paylamaq lazımdır. Onları kitaböyrənmələrdə paylamaq olar.

◼ Başqa ölkəyə səyahət edən zaman yığıncaq görüşlərində, rayon və ya vilayət konqresində iştirak etmək istəyirsinizsə, tarixə, aya və yerə dair sorğunuzu həmin ölkədə yerləşən filiala göndərin. Filialların ünvanını «Yehovanın Şahidlərinin illik məcmuəsi»nin (rus.) bu ilki nəşrinin son səhifəsində tapa bilərsiniz.

◼ Yığıncağın katibləri qayğı göstərməlidirlər ki, əldə kifayət qədər «Pioner xidməti üçün ərizə» (S-205) və «Köməkçi pioner xidməti üçün ərizə» (S-205b) blankları olsun. Onları «Ədəbiyyat sifarişi üçün blank»ın (S-14) vasitəsi ilə sifariş etmək olar. Yığıncaqda ən azı bir illik blank ehtiyatı olmalıdır.

◼ Xatirə Gecəsi 2005-ci il, martın 24-də, cümə axşamı keçiriləcəkdir. Əgər sizin yığıncaq görüşləriniz adətən həmin gün keçirilirsə və Padşahlıq Zalındakı görüşlərin qrafiki yol verirsə, onları həftənin başqa gününə keçirmək lazımdır. Əgər bu mümkün deyilsə və xidməti görüş tə’xirə düşürsə, onda həmin görüşün sizin yığıncağa uyğun gələn bəndlərini növbəti xidməti görüşə daxil etmək olar.

◼ Bir neçə təbliğçi Yehovanın Şahidləri arasında yayılmış müasir stildə ifa edilən Padşahlıq mahnılarının lent yazıları barədə filiala zəng ediblər. Onlar bu cür yazıların Təşkilat tərəfindən təsdiq olunub-olunmadığını soruşurlar. Bizim bundan xəbərimiz var və bildirmək istəyirik ki, bu cür lent yazıları bizim tərəfimizdən təsdiq olunmayıb. Xahiş olunur ki, bu yazıları İnternetdən nə yükləyəsiniz, nə də ki yayasınız. Biz ümid edirik ki, bu mə’lumat məsələyə aydınlıq gətirəcək.

◼ 2004-cü il mayın 22-də Sverdlovsk vilayətinin Nijnyaya Tura şəhərində Padşahlıq Zalının həsr etmə mərasimi keçirilmişdir. Bu mərasimdə 174 nəfər iştirak etmişdir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş