E’lanlar
◼ Mart ayında paylanacaq ədəbiyyat: «Oyaq durun!» broşürası. Əgər insan səmimi maraq göstərirsə, «Bilik» kitabını təklif edin və Müqəddəs Kitab öyrənməsi başlamağa çalışın. Aprel və may: «Gözətçi Qülləsi» jurnalı. Təkrar baş çəkərkən maraqlanan insanlara, o cümlədən Xatirə Gecəsinə və ya məsihçi görüşlərinə gələn, lakin yığıncaqla hələ sıx bağlı olmayanlara «Bilik» kitabını verməyə çalışın. Hər bir imkandan istifadə edərək Müqəddəs Kitab öyrənməsi başlayın, xüsusilə də Müqəddəs Kitabı əvvəllər «Bilik» kitabı və ya «Allah tələb edir» broşürası vasitəsilə öyrənənlərlə. İyun: «Allah tələb edir» broşürası.
◼ Aprel ayında beş şənbə və beş bazar günləri olduğundan, köməkçi pioner xidməti götürmək üçün gözəl imkandır.
◼ Xatirə Gecəsi 2006-cı il, aprelin 12-də, çərşənbə günü keçiriləcəkdir. Əgər sizin yığıncaq görüşləriniz adətən həmin gün keçirilirsə və Padşahlıq Zalındakı görüşlərin qrafiki yol verirsə, onları həftənin başqa gününə keçirmək lazımdır. Əgər bu mümkün deyilsə və xidməti görüş tə’xirə düşürsə, onda həmin görüşün sizin yığıncağa uyğun gələn bəndlərini növbəti xidməti görüşə daxil etmək olar.
Vacibdir ki, «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarının yeni sayları yığıncağa çatdıqdan tez sonra təbliğçilərə paylansın. Bu imkan yaradar ki, təbliğçilər bu jurnalları xidmətdə paylamazdan əvvəl onların məzmunu ilə özləri tanış ola bilsinlər. «Bizim Padşahlıq Xidmətimiz»i aldıqdan tez sonra təbliğçilərə paylamaq lazımdır. Onları kitaböyrənmələrdə paylamaq olar.
◼ «Nuh. O, Allahla yeriyirdi» adlı videofilm (rus.) may ayında xidməti görüşdə müzakirə olunacaq. Əgər ehtiyac varsa, kasetlər yığıncaq vasitəsilə mümkün qədər tez sifariş edilməlidir.
◼ Filial təbliğçilərin ədəbiyyat üçün şəxsi sifarişlərini yerinə yetirmir. Sədrlik edən nəzarətçi qayğı göstərməlidir ki, aylıq sifarişi filiala yollamazdan əvvəl hər ay bu haqda yığıncaqda e’lan edilsin və şəxsi sifariş etmək istəyən hər bir kəs ədəbiyyat üçün cavabdeh qardaşa bu barədə xəbər verə bilsin. Zəhmət olmasa, xüsusi sifarişlə hansı nəşrlərin əldə edilə biləcəyini yadda saxlayın.