E’lanlar
◼ İyul, avqust aylarında paylanacaq ədəbiyyat: yığıncaqda olan hər hansı 32 səhifəlik broşüra. Sentyabr: «Müqəddəs Kitab əslində nə öyrədir?» İlk dəfədən Müqəddəs Kitab öyrənməsi başlamağa sə’y göstər. Əgər bu nəşrdən ev sahibində varsa, onda Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini qısa şəkildə göstərməklə onun bu kitabdan necə faydalana biləcəyini göstər. Oktyabr: «Gözətçi Qülləsi» jurnalı. Maraq göstərilən yerdə Müqəddəs Kitab öyrənməsi başlamaq məqsədilə «Müqəddəs Kitab haqqında daha çox bilmək istəyərdinizmi?» traktatını ver və müzakirə et.
◼ Sentyabr ayında beş şənbə və beş bazar günü olduğundan, köməkçi pioner xidmətində iştirak etmək üçün gözəl imkan var.
◼ Sentyabr ayından başlayaraq rayon nəzarətçiləri «Müqəddəs Kitabın e’tibarlı olduğunu nə göstərir?» adlı mə’ruzə ilə çıxış edəcəklər.
◼ Daimi pioner xidməti üçün ərizələr, yaxşı olardı ki, ərizədə qeyd olunan tarixdən heç olmasa 30 gün qabaq filiala təqdim edilsin. Yığıncağın katibi əmin olmalıdır ki, blanklar tam doldurulub. Əgər ərizə yazan vəftiz olunduğu tarixi xatırlaya bilmirsə, bu tarixi təxminən hesablamalı və özü üçün bir yerə qeyd etməlidir. Katib bu tarixi «Yığıncağın təbliğçilərinin hesabat kartoçkası»na (S-21) yazmalıdır.
◼ 2007-ci ilin avqust ayının 31-də və ya bu tarixə mümkün qədər yaxın olan vaxtlarda, yığıncaqdakı bütün ədəbiyyat və jurnalların illik inventarizasiyası aparılmalıdır. Bu inventarizasiya, ədəbiyyatların məs’uliyyətli qardaş tərəfindən aylıq hesabatının aparılmasına bənzəyir, lakin bundan sonra ümumi sayı «Ədəbiyyatın inventarizasiyası» (S-18) blankına daxil etmək lazımdır. Əldə olan jurnalların ümumi sayını, jurnallara nəzarət edən xidmətçilərdən öyrənmək olar. İnventarizasiya işinə, koordinatorluq edən yığıncağın katibi nəzarət etməlidir. Blankı onun özü və koordinatorluq edən yığıncağın sədrlik edən nəzarətçisi imzalayacaqlar. Hər yığıncaq üç ədəd «Ədəbiyyatın inventarizasiyası» (S-18) blankını alacaq. Xahiş olunur, sentyabrın 6-dan gec olmamaq şərtilə blankın əsl nüsxəsini filiala göndərin. Bir nüsxəsini yığıncağınızın kartotekası üçün saxlayın. Üçüncü nüsxəni isə iş üçün istifadə edə bilərsiniz.
◼ Padşahlıq Zallarının həsrolunması və orada iştirak edənlər barədə mə’lumat verməyə şadıq: 2006-cı il 10 dekabr Jeleznovodsk (Stavropol) — 164 nəfər; 24 mart Belebey (Başqırdıstan) — 220 nəfər.