Xidməti görüşlərin cədvəli
Yanvarın 14-dən başlanan həftə
Mahnı 3.
10 dəq. Yerli elanlar. «Bizim Padşahlıq Xidmətimiz»dən seçilmiş elanlar. 8-ci səhifədə verilən və ya sizin əraziyə uyğun gələn başqa təqdimələrdən istifadə edərək səhnəcik hazırla. Səhnəcikdə «Gözətçi Qülləsi»nin 1 yanvar sayını təqdim etməyin üsulunu göstər.
15 dəq. «Xidmətə ayırdığın vaxtdan səmərəli istifadə et». Təbliğ üçün görüşü aparan bir nümunəvi qardaşdan müsahibə götür. O, təbliğ üçün görüşlərə necə hazırlaşır, qrupu xidmətə təşviq etmək və təbliğçilərin xidmətə ayrılan vaxtdan daha səmərəli istifadə etməsi üçün nə edir?
20 dəq. «Qoy sözünüz həmişə... duz qatılmış kimi olsun». 2-ci abzas müzakirə ediləndə Yəhya 4:7-15, 39 ayələrini oxu.
Mahnı 11.
Yanvarın 21-dən başlanan həftə
Mahnı 23.
10 dəq. Yerli elanlar. Fevral ayında paylanacaq ədəbiyyatı xatırlat və bir səhnəcik hazırla. Fevralın 4-dən başlanan həftədə xidməti görüşdə «Tibdə qansız müalicə üsulu. Xəstənin hüquqlarını pozmadan ona necə yardım etmək olar?» filmi müzakirə olunacaq. Hamını bu filmə baxmağa və onun müzakirəsinə hazırlaşmağa təşviq et.
10 dəq. «Müqəddəs Yazıların gündəlik araşdırılması» broşürasından istifadə edirsənmi? 2008-ci il üçün «Müqəddəs Yazıların gündəlik araşdırılması» broşürasının ön sözünə əsaslanan nitq və dinləyicilərlə müzakirə. Ayənin və verilən şərhin oxunmasına hər gün bir neçə dəqiqə ayırmağın vacib olduğunu müzakirə et. Dinləyicilərdən gündəlik ayəni günün hansı vaxtında müzakirə etdikləri və bunun onlara hansı faydanı verdiyi barədə danışmağı xahiş et. Qabaqcadan bir və ya iki nəfərdən xahiş etmək olar ki, buna dair şərh hazırlasınlar. Axırda diqqəti qısaca olaraq 2008-ci ilin illik ayəsinə yönəlt.
25 dəq. ‘Müjdəyə şəhadət edin’. (1-10 abzaslar.) Xidməti nəzarətçi təqdim edir. Tam iş günü işləmələrinə, yaxud səhhətlərinin zəif olmasına baxmayaraq, keçən il köməkçi pioner kimi xidmət edən bir-iki təbliğçidən müsahibə götür. Onlar nəyin sayəsində buna müyəssər olmuşlar? Bu xidmət onlara hansı sevinci bəxş etdi? 7-ci abzası müzakirə edəndə mart, aprel və may ayları üçün nəzərdə tutulan təbliğ üçün görüşlərin cədvəlini elan et.
Mahnı 25.
Yanvarın 28-dən başlanan həftə
Mahnı 1.
10 dəq. Yerli elanlar. Təbliğçilərə yanvar ayı üçün təbliğ xidməti haqqında hesabat verməyi xatırlat. Maliyyə hesabatını və minnətdarlıq məktubunu oxu. Dinləyicilərlə 2008-ci il «Gözətçi Qülləsi»nin yanvar-mart sayına əsaslanan müzakirə. Jurnalı qısaca nəzərdən keçirdikdən sonra, dinləyicilərdən sahələrindəki insanlara hansı məqalələrin münasib ola biləcəyini və nə üçün belə düşündüklərini söyləmələrini, həmçinin təqdim etmək istədikləri məqalələrin müəyyən cəhətlərini qeyd etmələrini xahiş et. Söhbətə başlamaq üçün hansı sualı vermək olar? Məqalədən hansı ayəni oxumaq olar? Ayəni məqalə ilə necə bağlamaq olar? 8-ci səhifədəki təqdimədən istifadə edərək jurnalı təqdim etməyin üsulunu göstər.
20 dəq. ‘Müjdəyə şəhadət edin’. (11-17 abzaslar.) Əgər sizin yığıncaqda Xatirə Gecəsi üçün xüsusi dəvətnamələr varsa, 14-cü abzas müzakirə ediləndə, iştirak edənlərin hamısına onun bir nüsxəsini ver. Bu dəvətnamələrin sizin ərazidə paylanması üçün təşkil olunan tədbirlərdən danış.
15 dəq. «Müqəddəs Kitabı öyrənənə Padşahlığın təbliğçisi olmağa kömək et». Ayrılan vaxt çərçivəsində dinləyicilərdən gətirilən ayələrə şərh vermələrini xahiş et.
Mahnı 16.
Fevralın 4-dən başlanan həftə
Mahnı 6.
10 dəq. Yerli elanlar. «Suallar qutusu»nu nəzərdən keçir.
10 dəq. Yerli tələbatlar.
25 dəq. «Sən hələ də təxirə salırsan?» Ağsaqqal təqdim edir. Məqalədəki sualların köməyi ilə «Xəstənin hüquqlarını pozmadan ona necə yardım etmək olar?» (rus.) filmini müzakirə et. Sonda axırıncı abzası oxu və hamını «Gözətçi Qülləsi», həmçinin «Bizim Padşahlıq Xidmətimiz»dən adı çəkilən məqalələri diqqətlə araşdırmağa təşviq et. Əgər kimsə hələ qanın fraksiyalarına və tibbi proseduralara dair şəxsi qərarını verməyibsə, izah et ki, bunu «Bizim Padşahlıq Xidmətimiz»in 2006-cı il noyabr sayındakı əlavə vərəqədəki məlumatın köməyilə etmək olar.
Mahnı 2.
[Haşiyələr]
Giriş sözlərinə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavab vasitəsilə müzakirə apar.
Giriş sözlərinə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavab vasitəsilə müzakirə apar.
Giriş sözlərinə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavab vasitəsilə müzakirə apar.
Giriş sözlərinə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavab vasitəsilə müzakirə apar.