Möhkəm imanın təzahürü!
1 Həvarilər İsanın öz iştirakı və sistemin axırı barədə dediklərini diqqətlə dinləyirdilər. İsa bəşəriyyəti təlaşa salacaq hadisələrdən — müharibələr, aclıq, zəlzələlər və qırğınlardan danışırdı. Sonra o, davamçılarına nifrət ediləcəyini, onların ələ veriləcəyini və öldürüləcəyini dedi. Yalançı peyğəmbərlər artaraq bir çoxlarını aldadacaqdı. Əksər insanların sevgisi soyuyacaqdı.
2 İsadan, belə vəziyyətdə Allahın Padşahlığı haqqında xoş xəbərin bütün dünyada təbliğ olunacağı xəbərini eşitmək, yəqin ki, həvarilərə qəribə gəldi (Mat. 24:3-14). Bu gün biz həyəcan doğuran bu peyğəmbərliyin möhtəşəm şəkildə yerinə yetməsinin şahidiyik. Yaşadığımız günlər təhlükəli olsa da, Yehovanın Şahidləri xoş xəbəri səylə təbliğ edirlər. Dünyada sevgi soyusa da, bizim sevgimiz günü-gündən artır. «Bütün xalqlar» bizə nifrət etsə də, biz, sözün əsl mənasında, hər xalqa təbliğ edirik.
3 3-dən 6-ya kimi səhifələrdəki cədvəldə Yehovanın Şahidlərinin keçən xidmət ili ərzində fəaliyyətinə nəzər salmaq necə də ruhlandırıcıdır! 16 ildir ki, hər il təbliğ və şagird hazırlamaq işinə bir milyarddan çox saat sərf edilir. Bu, həqiqətən də möhkəm imanın təzahürüdür! Pionerlərin 5,8, təbliğçilərin 3,1, Müqəddəs Kitabı öyrənənlərin sayında isə 4,4 faiz artım olmuşdur. Keçən xidmət ilində vəftiz olunanların sayı 20,1 faiz artmışdır. Yeddi milyona yaxın insanın sədaqətlə Yehovaya xidmət etməsini görmək necə də həyəcanlandırıcıdır! Bəşər tarixində hələ belə şey olmayıb! Bu cədvələ baxanda, səni ən çox nə ruhlandırır?
4 Biz heç vaxt unutmamalıyıq ki, bu həyəcan doğuran rəqəmlər imanlarını təzahür etdirən insanları göstərir. Gilyermonun nümunəsinə nəzər salaq. O, 1935-ci ildə doğulub və Boliviyada böyüyüb. Gilyermo doqquz yaşından koka plantasiyasında işləyib. O, ağır fiziki işin əziyyətini yüngülləşdirmək üçün uşaqlıqdan koka bitkisinin yarpaqlarını çeynəyirdi. Daha sonra isə, spirtli içkilərə aludə oldu və siqaret çəkməyə başladı. Yehovanın ondan nə tələb etdiyini öyrənəndə Gilyermo siqaretə və sərxoşluğa son qoydu. Uzun illərdir ki koka yarpaqlarını çeynəmək vərdişini tərgitmək onun üçün ən çətini oldu. O, durmadan dua edirdi və bu vərdişə qalib gəldi. Bütün pis vərdişləri arxada qaldı, o vəftiz olundu. Gilyermo deyir: «İndi mən özümü təmiz və olduqca xoşbəxt hiss edirəm».
5 Yehova həqiqətən insanlarla maraqlanır. O istəyir ki, hamı tövbəyə gəlsin (2 Pet. 3:9). Bunu biz də istəyirik. Qoy ürəyimiz bundan sonra da bizi başqalarının Yehovanı tanımasına və sevməsinə kömək etməyə təşviq etsin.
[Öyrənilmə üçün olan suallar]
1. İsa bəşəriyyəti təlaşa salacaq hansı hadisələrdən danışmışdı?
2. Xoş xəbərin bütün dünyada təbliğ edilməsi nə üçün heyrətamizdir?
3. Ümumdünya hesabatında hansı nəticələr səni ruhlandırır?
4. Bir kişi vəftiz olunana kimi hansı problemlərin öhdəsindən gəldi?
5. Bizim istəyimiz nədir?