Elanlar
◼ Aprel, may ayında paylanacaq ədəbiyyat: «Gözətçi Qülləsi» jurnalı. Maraqlananlara, eləcə də Xatirə Gecəsinə və başqa görüşlərə gələnlərə, lakin yıǧıncaqla sıx baǧlı olmayanlara təkrar baş çəkərkən Müqəddəs Kitab öyrənməsinə başlamaq məqsədilə «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabını təklif et.
◼ Vilayət və rayon konqresi, eləcə də xüsusi birgünlük konqres olan həftə yıǧıncaqda Yıǧıncaǧın Müqəddəs Kitab öyrənməsi, Teokratik Xidmət Məktəbi və Xidməti görüş keçirilməyəcək. Buna görə də hamını hər üç görüşün materialını şəxsən, eləcə də ailəvi ibadət axşamı zamanı araşdırmaǧa dəvət edirik.
◼ 2010-cu il Xatirə gecəsi ilə əlaqədar söyləniləcək xüsusi məruzə «Əsil sülh və təhlükəsizlik nə vaxt olacaq?» adlanır.
◼ Əgər daimi pioner xidmətini dayandırırsa, onda aǧsaqqallar S-202 blankı vasitəsilə filiala bu haqda xəbər verməlidirlər. Pioner xidmətini dayandıranlar, altı aydan tez olmayaraq, yenidən pioner xidmətini başlaya bilərlər. Bunun üçün onlar yenidən ərizə yazmalıdırlar.
◼ 2010-cu il iyunun 7-dən başlanan həftədən etibarən Yıǧıncaǧın Müqəddəs Kitab öyrənməsində «Sizə əziz adam öləndə» broşürası müzakirə olunacaq. Əgər yıǧıncaǧın ehtiyatında bu broşüra yoxdursa və ya azdırsa, növbəti sifarişə o da daxil edilməlidir.