Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/10 s. 1
  • ‘Bu müjdə təbliğ olunacaq!’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Bu müjdə təbliğ olunacaq!’
  • Müqəddəs ibadətimiz 2010
  • Oxşar material
  • Xidmətinizi tam yerinə yetirirsiniz?
    Gözətçi qülləsi 2019
  • «Gedin və bütün xalqların içində şagird hazırlayın»
    Gözətçi qülləsi 2016
  • Cədun mədyəniləri məğlub edir
    Müqəddəs Kitab dünyasına səyahət
  • ‘Allahın sözünü cəsarətlə söylə’
    Gözətçi qülləsi 2010
Əlavə
Müqəddəs ibadətimiz 2010
km 5/10 s. 1

‘Bu müjdə təbliğ olunacaq!’

1. Haradan bilirik ki, təbliğ işini heç kim dayandıra bilməz?

1 Yehovaya iradəsini yerinə yetirməyə heç nə mane ola bilməz! (Yeşaya 14:24) Hakim Gideonun və onun 300 adamının midyanlıların 135 000-lik ordusu üzərində qələbə çalması qeyri-mümkün görünsə də, Yehova ona dedi: «İsraili Midyanlıların əlindən qurtar. Səni göndərən Mən deyiləmmi?» (Hak. 6:14) Bəs bu gün Yehova hansı işi dəstəkləyir? İsa demişdi: ‘Səmavi Səltənət haqqında olan bu Müjdə bütün dünyada təbliğ olunacaqdır’ (Mat. 24:14). Bəli, heç kim bu işi dayandıra bilməz!

2. Xidmətdə Yehovanın hər birimizə dəstək olacağını nəyə görə gözləməliyik?

2 Yehova hər birimizə şəxsən kömək edir. Yehovanın bir xalq kimi Şahidlərinin nailiyyət qazanmasına kömək edəcəyinə əmin olduğumuz halda hər birimizi ayrı-ayrılıqda dəstəkləyəcəyini gözləyə bilərikmi? Həvari Pavel çətin anlarda Yehovanın Oğlu İsa vasitəsilə ona şəxsən dəstək olduğunu duymuşdu (2 Tim. 4:17). Əmin ola bilərik ki, Yehova bu gün də Onun iradəsini yerinə yetirmək üçün hər birimizin göstərdiyi səyi xeyir-dualandıracaq (1 Yəh. 5:14).

3. Hansı hallarda Yehova bizə kömək edir?

3 Gündəlik qayğıların ucbatından xidmət etməyə gücünün qalmadığını hiss edirsənmi? «O, yorğunlara güc verər» (Yeşaya 40:29—31). Təqiblərlə və müqavimətlərlə qarşılaşırsanmı? «Sən qayğı yükünü Rəbbə ver, qoy sənə dayaq olsun» (Məz. 55:22). Özünə əmin olmadığın anlar olur? «Get, Mən ağzınla danışacağam» (Çıx. 4:11, 12). Səhhətində yaranan çətinliklərə görə xidmətdə az iştirak edirsən? Nə qədər səy göstərdiyimizdən asılı olmayaraq, Yehova ürəkdən gələn səylərimizi qiymətləndirir, həmçinin bundan istifadə edə bilər (1 Kor. 3:6, 9).

4. Yehovaya güvənmək bizi nəyə təşviq edəcək?

4 Yehovanın «qalxmış əlini kim geri döndərə bilər?» (Yeşaya 14:27) Gəlin Yehovanın xidmətimizə xeyir-dua verdiyinə əmin olaq, bununla da yorulmadan «Rəbbə arxalanaraq, cəsarətlə» təbliğ etməyə davam edək (Həv. iş. 14:3).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş