Jurnalları necə təklif etmək olar?
Gözətçi Qülləsi İyul—sentyabr
Hamının bildiyi hansısa bədbəxt hadisəni xatırladaraq soruş: «Allahın bu kimi şeylərə nəyə görə yol verdiyi haqda nə vaxtsa fikirləşmisinizmi? [Cavab verməsinə izin ver. Sonra isə Yaqub 1:13 ayəsini oxu.] Bu jurnalda Allahın əzab-əziyyətlərə son qoymaq üçün gördüyü üç tədbir haqqında danışılır». Jurnalı açıb 4-cü səhifəsindəki məqaləni göstər.