Elanlar
◼ Mart ayında paylanacaq ədəbiyyat: təbliğçilər öyrənmə başlamaq üçün nəzərdə tutulan vəsaitdən istifadə edərək Müqəddəs Kitab öyrənməsi başlamağa çalışmalıdırlar. Aprel və may: «Gözətçi Qülləsi» jurnalı. Xatirə Gecəsinə və digər teokratik mərasimlərə gələn, ancaq yığıncaqla fəal surətdə ünsiyyətdə olmayan maraqlananlara təkrar baş çəkən zaman Müqəddəs Kitab öyrənməsi başlamağa çalış. İyun: təbliğçilər hər hansı 192 səhifəli kitabı təqdim edə bilərlər.
◼ Çinlilərə təbliğ edəndə əvvəlcə «Xalqlar» broşürasında Çin (CH) və sadələşdirilmiş Çin (CHS) dillərinin olduğu səhifələri göstər və hansı dildə oxumağın onun üçün daha rahat olduğunu öyrən. Bir qayda olaraq, Honkonq və ya Tayvandan olan insanlar ənənəvi (CH), Çindən olan insanlar isə sadələşdirilmiş Çin (CHS) dilində oxumağa üstünlük verirlər. Video- və ya audionəşrlərə gəldikdə isə həmsöhbətimizin hansı dialekti daha yaxşı başa düşdüyünə fikir vermək lazımdır. Adətən, Çinin özündən və Tayvandan olan insanlar mandarin (CHM), Honkonqdan olanlar isə kanton (CHC) dialektini başa düşürlər.