Elanlar
◼ Avqust ayında paylanacaq ədəbiyyat: təbliğçilər hər hansı 32 səhifəli broşüradan istifadə edə bilərlər. Sentyabr: təbliğçilər artıq ilk başçəkmə zamanı Müqəddəs Kitabı öyrənmək üçün vəsaitdən istifadə edərək Müqəddəs Kitab öyrənməsi başlamağa səy göstərməlidirlər. Əgər ev sahibi öyrənmək istəmirsə, təbliğçi həmin adamda maraq doğura biləcək keçmiş jurnallardan və ya broşüralardan birini təklif edə bilər. Oktyabr: «Gözətçi Qülləsi» jurnalı. Əgər ev sahibi maraq göstərirsə, «Həqiqəti öyrənmək istəyirsinizmi?» traktatından istifadə edərək Müqəddəs Kitab öyrənməsini təklif etmək olar. Noyabr: «Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?», yaxud hər hansı 32 səhifəli broşüra.
◼ Üzümüzə gələn həftələrdə Xidməti görüşdə «Yehovanın Şahidləri. Əməldə görünən iman, I hissə: Qaranlıqdan nura doğru» və «Yaradılış möcüzələri Allahın əzəmətini bəyan edir» adlı filmlər müzakirə olunacaq. Əgər lazımdırsa, yığıncaq vasitəsilə mümkün qədər tez sifariş olunmalıdır.