Elanlar
◼ Yanvar ayında paylanacaq ədəbiyyat: təbliğçilər ilk başçəkmədə Müqəddəs Kitab öyrənməsi başlamağa çalışmalıdırlar. Əgər ev sahibi Müqəddəs Kitabı öyrənmək istəmirsə, təbliğçi insanda maraq oyadacaq jurnalların köhnə saylarından və ya istənilən broşüranı təklif edə bilər. Fevral: istənilən kitabı təqdim etmək olar. Mart: təbliğçilər ilk başçəkmədə dərs vəsaitindən istifadə edərək Müqəddəs Kitab öyrənməsi başlamağa çalışmalıdırlar. Əgər ev sahibi Müqəddəs Kitabı öyrənmək istəmirsə, təbliğçi insanda maraq oyadacaq jurnalların köhnə saylarından və ya istənilən broşüranı təklif edə bilər. Aprel: «Gözətçi qülləsi» jurnalı. Maraq göstərənlərə «Həqiqəti öyrənmək istəyirsinizmi?» traktatını təklif et və Müqəddəs Kitab öyrənməsi başlamağa çalış. Xatirə gecəsinə gələn və ya başqa teokratik mərasimlərdə iştirak edən, ancaq yığıncaqla sıx ünsiyyətdə olmayan insanlara təkrar baş çəkən zaman diqqətini öyrənmə başlamağa cəmlə.
◼ Fevral ayından etibarən rayon nəzarətçisi «Yehovaya güvənirsənmi?» adlı məruzə ilə çıxış edəcək.
◼ 2012-ci ilin fevral ayından etibarən «Gözətçi qülləsi» jurnalının kütləvi nəşrində «Mən də Müqəddəs Kitabı öyrənirəm» adlı rubrika dərc olunacaq. Üç yaşında və ya daha azyaşlı körpələri olan valideynlər üçün nəzərdə tutulub. Bu rubrika «Uşaqlarınızı öyrədin» və «Gənc oxucularımız üçün» adlı rubrikaları növbə ilə əvəz edəcək.