Teokratik Xidmət Məktəbində keçilənlərin təkrarı
Növbəti suallar 2012-ci il fevralın 27-dən başlanan həftədə Teokratik Xidmət Məktəbində nəzərdən keçiriləcək. Hər bir sualın nə vaxt müzakirə olunacağı göstərilib ki, hər həftə məktəbə hazırlaşarkən axtarışlar aparmaq mümkün olsun.
1. Yehovanı Hökmdarımız kimi qəbul etməyimiz bizə necə təsir edəcək? (Yeşaya 33:22) (9 yan., w11 15.4. s. 6, abz. 2).
2. Şevnanın Xizqiyanın saray rəisi vəzifəsindən uzaqlaşdırılmasından hansı ibrəti götürə bilərik? (Yeşaya 36:2, 3, 22) (16 yan., w07 1.3. s. 4, abz. 6 [w07-U 15.1. s. 8, abz. 6]).
3. Çətin anlara tab gətirmək üçün Yeşaya 37:1, 14—20 ayələrində yazılmış hadisədən nə öyrənə bilərik? (16 yan., w07 1.3. s. 5, abz. 1, 2 [w07-U 15.1. s. 9, abz. 1, 2]).
4. Nə üçün israillilər deyirdilər: «Rəbb başıma gələnləri bilmir, Allahım mənim haqqıma diqqətsizlik edir»? (Yeşaya 40:27, 28) (23 yan., w07 1.3. s. 5, abz. 6 [w07-U 15.1. s. 9, abz. 6]).
5. Nəyə görə sürgündən qayıdanlara deyilmişdi ki, köhnə hadisələri yada salmasınlar? (Yeşaya 43:18—21) (23 yan., w07 1.3. s. 5, abz. 7 [w07-U 15.1. s. 9, abz. 7]).
6. Müqəddəs Kitabı öyrənən adamı öyrəndiklərinə əsasən davranmağa nə təşviq etməlidir? (Yeşaya 48:17, 18) (6 fev., w08 15.1. s. 11, abz. 12).
7. Yeşaya 54:17 ayəsinə əsasən, nəyə görə əmin ola bilərik ki, Yehova bizi Onun rəğbətini itirməyimizə səbəb olacaq şeylərdən qorumağa qadirdir? (13 fev., w10 15.1. s. 11, abz. 15).
8. Məsihçilərə qarşı irəli sürülən bütün ittihamların yersiz olduğu necə üzə çıxır? (Yeşaya 60:14) (20 fev., br3 s. 24, abz. 8 [w07-U 15.12. s. 22, abz. 8]).
9. Yehovanın lütfünü itirməmək üçün biz nə etməliyik? (Yeşaya 65:12) (27 fev., w08 15.5. s. 28, abz. 2).
10. Yeşaya 63:9 ayəsində Yehovanın hansı gözəl xüsusiyyəti vurğulanır? (27 fev., w03 1.9. s. 29, abz. 22, 23 [w03-U 1.7. s. 19, abz. 22, 23]).