Elanlar
◼ Fevral ayında paylanacaq ədəbiyyat: istənilən kitabı təqdim etmək olar. Mart: təbliğçilər ilk başçəkmədə dərs vəsaitindən istifadə edərək Müqəddəs Kitab öyrənməsi başlamağa çalışmalıdırlar. Əgər ev sahibi Müqəddəs Kitabı öyrənmək istəmirsə, təbliğçi insanda maraq oyadacaq jurnalların köhnə saylarından və ya istənilən broşüranı təklif edə bilər. Aprel və may: «Gözətçi qülləsi» jurnalı. Maraq göstərənlərə «Həqiqəti öyrənmək istəyirsinizmi?» traktatını təklif et və Müqəddəs Kitab öyrənməsi başlamağa çalış. Xatirə gecəsinə gələn və ya başqa teokratik mərasimlərdə iştirak edən, ancaq yığıncaqla sıx ünsiyyətdə olmayan insanlara təkrar baş çəkən zaman diqqətini öyrənmə başlamağa cəmlə.
◼ «Doğrudanmı, son düşündüyündən də yaxındır?» adlı xüsusi məruzə Xatirə gecəsindən sonra həftəsonu söyləniləcək.
◼ Cari xidmət ilinin hesabatına daxil olmayan və ünvanı axırıncı «İllik məcmuə»nin son səhifəsindəki siyahıda göstərilməyən ölkəyə səyahət etməyi planlaşdırarkən hansı ehtiyat tədbirləri görmək və ya xüsusi göstərişlərə riayət etmək lazım gəldiyini öyrənmək üçün filialla əlaqə saxlamaq vacibdir. Çünki həmin ərazidə Padşahlıq işinə müəyyən məhdudiyyətlər qoyulmuş ola bilər (Mat. 10:16). Ola bilər ki, bəzi ölkələrə səyahət edərkən yerli bacı-qardaşlarla və yığıncaqla əlaqə saxlamaq münasib olmasın. Eyni zamanda, qeyri-rəsmi şahidlik etməklə və üstündə ədəbiyyat gəzdirməklə bağlı göstərişlər də ola bilər. Verilən göstərişlərə riayət etməklə sən həm öz başına iş açmazsan, həm də gedəcəyin ölkədə Padşahlıq işinin gedişatına əngəl olacaq problemlər yaranmasına yol verməmiş olarsan (1 Kor. 14:33, 40).
◼ Xatırlatma: bütün yığıncaqlar və uzaq ərazilərdə yerləşən qruplar www.jw.org veb-saytından və ya mümkünsə, «Yığıncaq görüşləri haqda məlumat» (S-5) blankından istifadə edərək yığıncaq görüşlərinin vaxtında edilən dəyişikliklər barədə dərhal filiala xəbər verməlidirlər.