Təbliğ xidmətində əldə olunan nailiyyətlər
Keçən ilin sentyabr ayından bu ilin sentyabrına qədər Gürcüstanda təbliğçilərin sayında 3,6 faiz artım olmuşdur. Sentyabr və oktyabr aylarında keçirilən rayon və xüsusi birgünlük konqreslərdə 281 nəfər vəftiz olunmuşdur, bu da ötən il bu vaxt vəftiz olanların sayından 22 faiz çoxdur. Bu, yeni xidmət ilinə gözəl başlanğıcdır!