Elanlar
◼ Mart ayında paylanacaq ədəbiyyat: təbliğçilər ilk başçəkmədə dərs vəsaitindən istifadə edərək Müqəddəs Kitab öyrənməsi başlamağa çalışmalıdırlar. Əgər ev sahibi Müqəddəs Kitabı öyrənmək istəmirsə, təbliğçi insanda maraq oyadacaq jurnalların köhnə saylarından və ya istənilən broşüranı təklif edə bilər. Aprel və may: «Gözətçi qülləsi» jurnalı. Maraq göstərənlərə «Həqiqəti öyrənmək istəyirsinizmi?» traktatını təklif et və Müqəddəs Kitab öyrənməsi başlamağa çalış. Xatirə gecəsinə gələn və ya başqa teokratik mərasimlərdə iştirak edən, ancaq yığıncaqla sıx ünsiyyətdə olmayan insanlara təkrar baş çəkən zaman diqqətini öyrənmə başlamağa cəmlə. İyun: təbliğçilər ilk başçəkmədə dərs vəsaitindən istifadə edərək Müqəddəs Kitab öyrənməsi başlamağa çalışmalıdırlar. Əgər ev sahibi Müqəddəs Kitabı öyrənmək istəmirsə, təbliğçi insanda maraq oyadacaq jurnalların köhnə saylarından və ya istənilən broşüranı təklif edə bilər.
◼ Xatirə gecəsi 2012-ci il cümə axşamı aprelin 5-i qeyd ediləcək. Əgər cümə axşamı sizin yığıncaq gününə düşürsə, görüşü həftənin başqa gününə, Padşahlıq zalında yığıncaq olmayan günə keçirin. Əgər bunu etmək mümkün deyilsə, yığıncağınız üçün xüsusilə vacib olan bəndləri başqa Xidməti görüşdə müzakirə edə bilərsiniz.
◼ Xatirə gecəsindən dərhal sonra mərasimdə iştirak edənlərin və simvollardan qəbul edənlərin ümumi sayı jw.org veb-saytı vasitəsilə filiala bildirilməlidir. Əgər mümkün deyilsə, S-7 blankı və ya məktub vasitəsilə göndərmək olar. Əgər bir neçə yığıncaq bir yerdə yığılırsa, yalnız bir yığıncaq ümumi iştirak edənlərin sayı barədə məlumat verməlidir.