Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 8/12 s. 1
  • Vicdanınızı qoruyun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Vicdanınızı qoruyun
  • Müqəddəs ibadətimiz 2012
  • Oxşar material
  • Vicdanını necə təmiz saxlaya bilərsən?
    Allahın məhəbbətindən ayrılmayın
  • Allah qarşısında təmiz vicdan
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Vicdanımı necə tərbiyə edə bilərəm?
    Gənclərin sualları
  • Vicdanınız etibarlı bələdçidir?
    Gözətçi qülləsi 2015
Əlavə
Müqəddəs ibadətimiz 2012
km 8/12 s. 1

Vicdanınızı qoruyun

1. 2013-cü xidmət ilində keçiriləcək xüsusi birgünlük konqres necə adlanır və proqramın məqsədi nədir?

1 Hər gün bizi vicdanımıza zidd davranmağa sövq edən vəziyyətlərlə üzləşirik. Bu səbəbdən 2012-ci ilin sentyabrın 1-dən başlayan 2013-cü xidmət ilində keçiriləcək xüsusi birgünlük konqres «Vicdanınızı qoruyun» adlanır (1 Tim. 1:19). Proqram hər birimizə Yaradanımızın bu möhtəşəm ənamından necə istifadə etdiyimizi ciddi şəkildə götür-qoy etməyə kömək edəcək.

2. Proqram hansı vacib suallara cavab verəcək?

2 Növbəti məqamlara fikir verin. Konqres vicdanla bağlı yeddi vacib suala cavab verəcək:

• Vicdanımız üçün təhlükə yaradan nədir?

• Vicdanımızı necə tərbiyə edə bilərik?

• Bütün insanların qanından necə təmiz ola bilərik?

• Müqəddəs Kitab prinsipləri üzərində düşünməyimiz və onlara uyğun şəkildə davranmağımız bizim barəmizdə nə deyir?

• Vicdan məsələlərində başqalarını büdrətməkdən necə qaça bilərik?

• Gənclər, güzəştə getməyiniz üçün sizə təzyiq göstəriləndə necə möhkəm dayana bilərsiniz?

• Ruhun rəhbərliyi altında olan vicdanlarına əsasən davrananları hansı xeyir-dualar gözləyir?

3. Konqresdən necə faydalana bilərik?

3 Yehovanın köməyi sayəsində biz Şeytanın vicdanımızı pozmaq cəhdlərinə sinə gərə bilərik. Kəlamı və təşkilatı vasitəsilə məhəbbətli səmavi Atamız bizə: «Yol budur, gedin bu yolla», — deyir (Yeşaya 30:21). Bu konqresin proqramı Yehovanın rəhbərlik verməsinin bir üsuludur. Buna görə də işlərinizi elə yoluna qoyun ki, konqresdə əvvəldən axıradək iştirak edəsiniz. Bütün diqqətinizi proqrama cəmləyin və məlumatları şəxsən necə tətbiq edəcəyinizin üzərində düşünün. Fikirləri ailənizlə birgə müzakirə edin. Öyrəndiklərimizi tətbiq etmək bizə vicdanımızı təmiz saxlamağa və Şeytan dünyasının təklif etdiyi müvəqqəti əyləncələrə şirniklənməməyə kömək edəcək (1 Pet. 3:16).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş