Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 10/12 s. 2—3
  • Xoş xəbəri təbliğ edərkən traktatlardan istifadə et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xoş xəbəri təbliğ edərkən traktatlardan istifadə et
  • Müqəddəs ibadətimiz 2012
  • Oxşar material
  • Cəlbedici tərtibatlı yeni bukletlər!
    Müqəddəs ibadətimiz 2014
  • Allahın Sözündən istifadə et. O canlıdır!
    Gözətçi qülləsi 2014
  • Bukletlər vasitəsilə söhbətə necə başlamalı?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Nümunə üçün təqdimələr
    Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
Müqəddəs ibadətimiz 2012
km 10/12 s. 2—3

Xoş xəbəri təbliğ edərkən traktatlardan istifadə et

1. Allahın xalqı traktatlardan necə istifadə etmişdir?

1 Uzun illərdir ki, Allahın xalqı xoş xəbərin təbliğində Müqəddəs Kitaba əsaslanan traktatlardan istifadə edir. 1880-ci ildə Ç. T. Rassel və onun əməkdaşları «Müqəddəs Kitab tədqiqatçılarının traktatları» adlı silsilə traktatlar nəşr etməyə və onları paylamaq üçün «Gözətçi qülləsi» jurnalının oxucularına göndərməyə başladılar. Traktat o dərəcədə vacib hesab olunurdu ki, 1884-cü ildə Ç. T. Rassel Padşahlığın maraqlarının inkişaf etməsi üçün qeyri-kommersiya təşkilatını hüquqi şəxs kimi qeydiyyatdan keçirəndə adına «traktat» sözünü əlavə etdi, yəni «Sion Gözətçi Qülləsi və Traktatlar Cəmiyyəti» (indiki adı «Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti, Pensilvaniya») adlandırdı. 1918-ci ilə kimi Müqəddəs Kitab tədqiqatçıları 300 milyondan çox traktat paylamışdılar. Traktatlar indi də effektiv təbliğ vəsaitidir.

2. Traktatlar nəyə görə effektivdir?

2 Nə üçün effektivdir? Traktatlar rəngarəng və gözoxşayandır. Oradakı məlumat qısa, maraqlı və dolğundur. Onlar kitab və ya jurnal oxumağı sevməyən insanların diqqətini cəlb edir. Hətta yeni təbliğçilərə və uşaqlara da traktatları paylamaq asandır. Bundan əlavə, traktatlar yığcam olduğundan insana onları özü ilə gəzdirmək çətin deyil.

3. Nəşrlərimizdən və ya şəxsən öz başınıza gəlmiş hadisələri danışın.

3 Bir çoxları ilk dəfə həqiqəti traktat vasitəsilə öyrənmişlər. Misal üçün, Haitidən olan bir qadın küçədə bir traktat tapmışdı. Onu götürüb oxuduqdan sonra belə sözlər demişdi: «Mən həqiqəti tapdım!» Sonra o, Padşahlıq zalına gəldi, Müqəddəs Kitabı öyrənməyə başladı və vəftiz oldu. Bütün bunlar traktatda yerləşən Allahın Kəlamının təsirli gücü sayəsində mümkün oldu.

4. Traktat paylamaqda məqsədimiz nədir?

4 Evdən-evə təbliğdə. Şahidlik etmək üçün effektiv vasitə olduğundan noyabr ayından başlayaraq vaxtaşırı olaraq ay ərzində paylayacağımız ədəbiyyatların sırasında traktatlar da olacaq. Məqsədimiz sadəcə traktat paylamaq yox, onların köməyilə söhbətə başlamaqdır. Əgər insan ilk və ya təkrar başçəkmədə maraq göstərirsə, «Müqəddəs Kitab öyrədir» kitabı və ya başqa təlim nəşri vasitəsilə Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini göstərə bilərik. Evdən-evə təbliğdə traktatları necə təqdim edə bilərik? Traktatlar müxtəlif olduğundan təqdim etdiyimiz traktatla yaxşıca tanış olmalıyıq.

5. Evdən-evə təbliğdə traktatları necə təqdim edə bilərik?

5 Biz təqdiməmizi təbliğ etdiyimiz əraziyə və istifadə etdiyimiz traktatlara uyğunlaşdırmalıyıq. Söhbətə ev sahibinə traktat verməklə başlaya bilərik. Traktatın cəlbedici üz qabığı onda maraq oyada bilər. Yaxud ev sahibinə bir neçə traktat göstərərək onu maraqlandıran hər hansı birini seçməsinə imkan vermək olar. İnsanların qapını açmağa tərəddüd etdiyi ərazidə xidmət edəndə ev sahibinin fikrini öyrənmək üçün traktatı onun görə biləcəyi tərzdə göstərmək və ya onlardan birini qapının aşağısından ötürmək üçün icazə almaq olar. Əgər traktatın adı sual formasındadırsa, bu suala dair onun fikrini öyrən. Yaxud da özün maraq oyadacaq və söhbətə cəlb edəcək sual ver. Sonra traktatın mətnindən bir parça oxu, mətndəki sualları oxuyarkən fasilə et və ev sahibini fikirlərini bildirməyə təşviq et. Əsas ayələri Müqəddəs Kitabdan oxu. Materialın bir qismini nəzərdən keçirdikdən sonra müzakirəni bitirə və növbəti dəfə nə vaxt gələcəyini dəqiqləşdirə bilərsən. Əgər sizin ərazidə evdə olmayanlara ədəbiyyat saxlamaq normaldırsa, onda evdə tapa bilmədiyiniz insanlar üçün gözəçarpmayan yerə traktat qoya bilərsiniz.

6. Küçədə şahidlik edərkən traktatlardan necə istifadə edə bilərik?

6 Küçədə şahidlik. Küçədə şahidlik edərkən traktatlardan istifadə edirsənmi? Bəzi insanlar tələsdikləri üçün ayaq saxlayıb bizimlə söhbət etmək istəmirlər. Belə olan halda onların maraqlanıb-maraqlanmadıqlarını müəyyən etmək çətin olur. Oxuyub-oxumayacağını bilmədiyimiz halda jurnalın ən son sayını onlara verməkdənsə, traktat təklif etmək daha yaxşı olar. Çünki traktatın üz qabığı maraqlı, içindəki məlumat isə az olduğundan hər şeyi bilmək həvəsi insanları bir neçə dəqiqə ərzində traktatı oxumağa təşviq edə bilər. Sözsüz ki, əgər onlar tələsmirlərsə, traktatda olan bəzi məlumatı onlarla birgə müzakirə etmək olar.

7. Qeyri-rəsmi şahidlik edərkən traktatlardan necə istifadə edildiyinə dair hadisələr danış.

7 Qeyri-rəsmi şahidlik. Traktatlar vasitəsilə qeyri-rəsmi şahidlik vermək asandır. Bir qardaş hər dəfə evdən çıxanda cibinə bir neçə traktat qoyur. O, kiminləsə qarşılaşanda, məsələn, nəsə alanda satıcıya oxumaq üçün traktat təklif edir. Bir dəfə Nyu-York şəhərinin görməli yerlərini gəzməyə gedən bir ər-arvad müxtəlif ölkələrdən gələn insanlarla qarşılaşacaqlarını bilirdilər. Buna görə də onlar özləri ilə «Xalqlar» broşürasını və müxtəlif dillərdə bir neçə traktat götürmüşdülər. Sonra bu cütlük yol kənarında qoyulan piştaxtalarda işləyən, restoranlarda və ya parklarda onların yanında əyləşən insanların əcnəbi dildə danışdıqlarını eşidəndə onlara öz dillərində traktat təklif edirdilər.

8. Hansı mənada traktatları toxuma bənzətmək olar?

8 «Toxumunu... səp». Traktatları toxuma bənzətmək olar. Əkinçi toxumları səxavətlə səpir, çünki səpdiyi toxumlardan hansının cücərib boy atacağını bilmir. Vaiz 11:6 ayəsində deyilir: «Toxumunu səhər vaxtı səp, axşama qədər də əlin boş durmasın. Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq, yoxsa sonrakı yaxud hər ikisi birlikdə». Bu səbəbdən, gəlin olduqca effektiv olan bu vəsaitdən istifadə edərək bilik səpək (Sül. məs. 15:7).

[3–cü səhifədəki yazı]

Şahidlik etmək üçün effektiv vasitə olduğundan noyabr ayından başlayaraq vaxtaşırı olaraq ay ərzində paylayacağımız ədəbiyyatların sırasında traktatlar da olacaq

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş