Teokratik Xidmət Məktəbində keçilənlərin təkrarı
Növbəti suallar 2013-cü il aprelin 29-dan başlanan həftədə Teokratik Xidmət Məktəbində nəzərdən keçiriləcək. Mötərizədə sualın müzakirə edildiyi tarix göstərilir ki, bu bəndə hazırlaşarkən axtarışlar etmək asan olsun.
1. İsanın Mark 10:6—9 ayələrində ailə həyatı ilə bağlı dediyi sözlərdə hansı ciddi xəbərdarlıq var? [4 mart, w08 15/2 s. 30, abz. 8].
2. Məsihçilər nikaha necə baxırlar və nəyə görə? (Mark 10:9) [4 mart, w12 15/5 s. 8, abz. 1].
3. Mark 13:8 ayəsində yazılan «bəlalar» nəyə aid edilir? [11 mart, w08 15/3 s. 12, abz. 2].
4. Luka öz adını daşıyan «Müjdə»ni yazmaq üçün mənbələri haradan tapmışdı? (Luka 1:3) [18 mart, w09 15/3 s. 32, abz. 4].
5. Şeytanın nöqsansızlığımızı sınamaq üçün fürsət axtardığını bilmək bizi nəyə təşviq etməlidir? (Luka 4:13) [25 mart, w11 15/1 s. 24, abz. 10].
6. Luka 6:27, 28 ayələrini necə tətbiq edə bilərik? [25 mart, w08 15/5 s. 8 abz. 4].
7. İsa ölüb fidyə qurbanlığını təqdim etməmişdən əvvəl nəyin sayəsində günahkar qadının günahlarını bağışladı? (Luka 7:37, 48) [1 apr., w10 15/8 s. 6, 7].
8. Məsihin davamçıları öz qohumlarına hansı mənada nifrət etməlidirlər? (Luka 14:26) [15 apr., w08 15/3 s. 32, abz. 1].
9. Maddi şeylərə gəldikdə, dünyanın ruhu bizi nəyə təşviq edir və bəs Allahın Kəlamı bizi necə olmağa çağırır? (Luka 18:24—30) [22 apr., w11 15/3 s. 9, abz. 10, 11].
10. İsanın dualarından biz nə öyrənirik? (Luka 22:44) [29 apr., w12 15/4 s. 17, abz. 17].