Uşaqlarınıza təlim vermək üçün veb-saytımızdan istifadə edin
1. Veb-saytımızdakı «Uşaqlar» bölməsi hansı məqsədə xidmət edir?
1 Rəsmi veb-saytımız (jw.org) elə tərtib olunub ki, istənilən yaşda insanı cəlb edir. Veb-saytımızda «Uşaqlar» bölməsi (Müqəddəs Yazıların təlimləri > Uşaqlar) uşaqlara və valideynlərinə bir-birləri ilə, eləcə də Yehova ilə münasibətlərini möhkəmləndirməyə kömək edir (Qanun. t. 6:6, 7). Uşaqlarınızı öyrətmək üçün siz bu bölmədən necə istifadə edə bilərsiniz?
2. Uşağınızın yaşına uyğun materialı necə seçə bilərsiniz?
2 Uyğunlaşmağa çalışın. Hər uşağın öz tələbatı var (1 Kor. 13:11). Bəs onda siz uşağınızın yaşına uyğun materialı necə seçə bilərsiniz? Özünüzdən soruşun: «Uşağım üçün nə maraqlı ola bilər? O nə qədər qavraya bilər? O nə qədər vaxt ərzində oturub qulaq asa bilər?» Üç yaşa qədər olan uşaqlarla «Balacalar üçün» bölməsindəki mövzuları araşdırmaq olar. Həmçinin «Uşaqlarınızı öyrədin» bölməsindəki Müqəddəs Kitab hekayələrini araşdırın. Bundan əlavə, növbəti bölmələrə də nəzər sala bilərsiniz.
3. Valideynlər «Ailəvi ibadət üçün» bölməsindəki hekayələrdən və tapşırıqlardan necə istifadə edə bilərlər?
3 Ailəvi ibadət üçün. Bu bölmədə valideynlərin uşaqları ilə birgə araşdırmaları üçün vəsaitlər var. Hekayələri və tapşırıqları istifadə etməyi öyrənmək üçün «Yüklə» düyməsini basın və «Valideynlərə rəhbərlik» səhifəsini oxuyun. Uşaqlarınızı öyrətmək üçün şəkilli tapşırıqlardan, məsələn, rəngləmək üçün olan şəkillərdən istifadə edin. Bir az böyük uşaqlara isə «Uşaqlar, biliyinizi artırın!» səhifəsindəki tapşırıqları yerinə yetirməyə kömək edin. Hər bölmədəki tapşırıqlar eyni Müqəddəs Kitab hekayəsinə əsaslanıb. Belə ki, istənilən yaşda olan uşaq ailəvi ibadətdən faydalana bilər.
4. «Yehovanın dostu ol» bölməsindən necə faydalana bilərik?
4 Yehovanın dostu ol. Saytımızın bir çox dillərdə olan bu bölməsindəki videolar, mahnılar və tapşırıqlar Allahın Kəlamını öz körpələrinə aşılamaqda valideynlərə kömək edir (Qanun. t. 31:12). Qısametrajlı animasiya filmlərinin hər birində vacib ibrət dərsi var. Axtarıb tapmaqla bağlı oyunlar bu dərslərin vacibliyini vurğulayır. Uşaqlar mahnı oxumağı xoşladığından və mahnılar uşaqlara öyrəndiklərini yadda saxlamağa kömək etdiyindən müntəzəm olaraq saytımıza Padşahlıq mahnıları, eləcə də xüsusi olaraq uşaqlar üçün yazılmış mahnılar yerləşdirilir.
5. Uşaqlarına həqiqəti öyrətmək üçün valideynlər nəyə görə Yehovadan kömək istəməlidirlər?
5 Valideynlər, Yehova istəyir ki, siz yaxşı ata-ana olasınız. Buna görə də uşaqlarınıza həqiqəti öyrətmək üçün Yehovadan kömək istəyin (Hak. 13:8). Yehovanın köməyi sayəsində siz övladlarınıza Məsih İsaya iman vasitəsilə xilasa yetişmək üçün hikmətli olmağa kömək edə bilərsiniz (2 Tim. 3:15; Sül. məs. 4:1—4).