Təbliğ xidmətində əldə olunan nailiyyətlər
Xəbər verməyə şadıq ki, Tbilisidə on iki cütlüyün dəvət aldığı Məsihçi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbinin birinci sinfi başlandı. 2013-cü il 16 iyun tarixində məktəb başa çatdıqdan sonra tələbələrin çoxu xoş xəbəri təbliğ etmək üçün işlənməmiş ərazilərə təyin olundular. Qalanları isə təbliğ işinə kömək etmək və yığıncaqlardakı qardaşları ruhlandırmaq üçün digər ərazilərə təyin olundular. Yaxın gələcəkdə Məsihçi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbinin növbəti siniflərinin gürcü və rus dillərində keçirilməsi nəzərdə tutulur.