Onlara «imanda sarsılmaz» olmağa kömək edin
Yehovanın biçin işinə xeyir-dua verməsini — hər il 250 000-dən çox insanın vəftiz olunmasını görmək necə də sevindiricidir (Qanun. t. 28:2). Öyrənənə vəftiz olunmağa kömək etdikdən sonra təbliğçidə onunla öyrənməni dayandırıb başqalarına kömək etmək meyli yarana bilər. Həmçinin yeni vəftiz olan insan da xidmətə daha çox vaxt ayırmaq üçün öyrənməni dayandırmağa meyilli ola bilər. Lakin Müqəddəs Kitabı öyrənən kəslərin həqiqətdə möhkəm təmələ malik olmaları vacibdir. Onlar Məsihdə «kök atıb... imanda sarsılmaz» olmalıdırlar (Kolos. 2:6, 7; 2 Tim. 3:12). Buna görə də öyrənən vəftiz olunduqdan sonra da həm «Müqəddəs Kitab öyrədir», həm də «Allahın məhəbbəti» kitabını axıra kimi araşdırmalıdır. («Bizim Padşahlıq Xidmətimiz»in 2011-ci il aprel sayının 2-ci səhifəsinə bax.)