Nümunə üçün təqdimələr
Gözətçi qülləsi Aprel—iyun
«Bu gün bu ərazidəki hər kəsə bu bukleti veririk [Sakinə “Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?” adlı bukleti ver və bukletin adındakı sualı soruş. 2 Timutiyə 3:16 ayəsini ona göstər və onu vaxtı olanda bukleti oxumağa təşviq et.] Çoxları Müqəddəs Kitabın bu və digər suallara məntiqli cavab verdiyindən xəbərsizdir. [“Gözətçi qülləsi”nin birinci məqaləsinin əvvəlindəki sualları göstər.] Bu jurnalda Müqəddəs Kitabdan bu suallara necə cavab tapa biləcəyiniz izah olunur».
Oyanın! Aprel—iyun
«Bu gün biz insanlarla ayaqüstü söhbət edirik. Çünki ailələrdə baş verən dəyişikliklər insanları narahat edir. Əvvəllər valideynlərin sözü uşaqlar üçün qanun idi. Ancaq indi hər şey fərqlidir. Sizcə, valideynlər uşaqlarına lazımi tərbiyəni verə bilirlər? [Cavabı dinlə.] Müqəddəs Kitabda deyilir ki, uşağa tərbiyə vermək çox vacibdir. [Məsəllər 29:17 ayəsini oxu.] Bu jurnalda Müqəddəs Kitabın uşaqların tərbiyəsi ilə bağlı verdiyi məsləhətlər nəzərdən keçirilir».