Nümunə üçün təqdimələr
Gözətçi qülləsi İyul—sentyabr
«İndi elə zəmanədir ki, sabahın işini bilmək olmur. Bəs onda, İsa peyğəmbərin qayğı çəkməməklə bağlı verdiyi məsləhətə əməl etmək mümkündür? [Mətta 6:25 ayəsini oxu və cavabını dinlə.] “Gözətçi qülləsi” jurnalının bu sayında izah olunur ki, Müqəddəs Kitabın məsləhətləri bizə pulla, ailə problemləri ilə və təhlükələrlə bağlı narahatçılığı azaltmağa necə kömək edə bilər».
Oyanın! İyul—sentyabr
«Bu gün çoxları öz acı taleyindən şikayətlənir. Yəqin siz də bunu müşahidə etmisiniz? [Cavabını dinlə.] Müqəddəs Kitabda göstərilir ki, çətinliklərlə üzləşərkən bizim hansı əhval-ruhiyyədə olmağımız çox vacibdir. [Məsəllər 24:10 ayəsini oxu.] Bu jurnalda çətinliklərə dözməyə kömək edən məsləhətlər var. Həmçinin burada çətinliyə tab gətirən insanların nümunələri gətirilir».