ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | NƏHƏMYA 9—11
Sadiq xidmətçilər həqiqi ibadəti dəstəkləyirlər
Allahın xalqı müxtəlif sahələrdə həqiqi ibadəti can-dildən dəstəklədilər
Xalq Çardaqlar bayramına hazırlaşır və onu düzgün şəkildə qeyd edir.
Hər gün camaat bir yerə toplaşıb Tövrat kitabına qulaq asırdı və bundan sevinc duyurdu.
Xalq günahlarını etiraf etdi, dua etdi və Allahdan lütf dilədi.
Xalq həqiqi ibadəti dəstəkləyəcəyinə söz verdi.
Həqiqi ibadəti dəstəkləməyə bunlar aid idi:
Yalnız Yehovaya ibadət edən kəslə ailə qurmaq
İanə etmək
Şənbəyə riayət etmək
Qurbangah üçün odun gətirmək
Məhsulun ilk nübarını və heyvanın ilk balasını Yehovaya təqdim etmək