Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb17 oktyabr s. 3
  • Allahın Kəlamını dərindən öyrənin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın Kəlamını dərindən öyrənin
  • Məsihi həyatı və ibadəti iş dəftəri 2017
  • Oxşar material
  • Allah şəxsən sizin qayğınıza qalırmı?
    Gözətçi qülləsi 2011
  • Dərin mütaliə sayəsində oyaq qalın
    Gözətçi qülləsi 2024
  • Sizi ibadətdən heç nə saxlamır?
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
  • «Daniel» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2007
Əlavə
Məsihi həyatı və ibadəti iş dəftəri 2017
mwb17 oktyabr s. 3

MƏSİHİ HƏYATI

Allahın Kəlamını dərindən öyrənin

Hamımız istəyərdik ki, sınaqlarla üzləşəndə Dənyal peyğəmbər kimi Allaha sadiq qalaq. Bəs ona sədaqətli olmağa nə kömək etmişdi? O, Allahın Kəlamını, həmçinin peyğəmbərlərin gələcəklə bağlı yazdığı ayələri diqqətlə araşdırırdı (Dn 9:2). Müqəddəs Kitabı öyrənmək bizə də Allaha sadiq qalmağa kömək edəcək. Çünki Müqəddəs Kitabı öyrənəndə Yehovanın vədlərinin yerinə yetəcəyinə əminliyimiz artır (Yş 23:14). Həmçinin bizi gözəl əməllərə təşviq edən qəlbimizdəki ilahi məhəbbət güclənir (Zb 97:10). Bəs bu mütaliəni necə aparmaq lazımdır? Gəlin, bir neçə məsləhəti nəzərdən keçirək.

Dənyal Allahın Kəlamını araşdırır
  • Nəyi araşdırım? Keyfiyyətli Müqəddəs Kitab mütaliəsinə yığıncaq görüşünə hazırlaşmaq da daxildir. Müqəddəs Kitabın həftəlik proqram üzrə qiraətini daha effektiv etmək üçün sizə qaranlıq qalan məqamları dərindən araşdırın. Bəzi bacı-qardaşlar Müqəddəs Kitabdakı peyğəmbərlikləri, müqəddəs ruhun bəhrəsinə daxil olan keyfiyyətləri, həvari Bulusun təbliğ səyahətlərini və Yehovanın yaratdıqları ilə bağlı mövzuları araşdırır. Müqəddəs Kitabla bağlı sualınız yarananda harasa qeyd edin və mütaliə keçirdiyiniz gün həmin sualı araşdırın.

  • Məlumatı harada axtarım? «İlahi elmin incilərini toplamağa kömək edən vasitələr» adlı videoya baxın, orada bunun bir neçə üsulu göstərilir. Axtarış aparmaq bacarığınızı yoxlamaq üçün «Dənyal» kitabının 7-ci fəslində təsvir olunan vəhşi heyvanların hər birinin hansı dövləti təmsil etdiyini araşdırın.

  • Mütaliəyə nə qədər vaxt ayırmaq lazımdır? İmanımızın möhkəm olmağını istəyiriksə, mütaliəni müntəzəm keçirməliyik. Vaxta gəldikdə isə əvvəl-əvvəl vaxtı bir az qısa etmək olar, amma get-gedə artırmaq lazımdır. Müqəddəs Kitabı araşdırmağı xəzinə axtarmağa bənzətmək olar; adam nə qədər çox cəvahir tapır, bir o qədər çox axtarmaq istəyir (Ms 2:3—6). Beləcə, Müqəddəs Kitaba iştahanız artacaq və mütaliə həyatınızın ayrılmaz hissəsi olacaq (1Bt 2:2).

    Mütaliəni maraqlı etmək istəyirsinizsə, «Oyanın!» jurnalının 2012-ci il fevral sayının 18—20 səhifələrində (türk) faydalı məsləhətlər tapa bilərsiniz.

«DƏNYAL» KİTABININ 7-Cİ FƏSLİNDƏ TƏSVİR OLUNAN VƏHŞİ HEYVANLAR NƏYİ TƏMSİL EDİR?

  • Qartal qanadlı şirə oxşar vəhşi heyvan

    Dn 7:4

  • Ağzında üç qabırğa olan ayıya oxşar vəhşi heyvan

    Dn 7:5

  • Dörd başı və kürəyində dörd qanadı olan bəbirə oxşar vəhşi heyvan

    Dn 7:6

  • İri dəmir dişləri və on buynuzu olan qorxunc vəhşi heyvan

    Dn 7:7

ƏLAVƏ SUAL

Dənyal 7:8, 24 ayələri necə yerinə yetdi?

Gözləri və ağzı olan, On buynuz arasında çıxan balaca buynuz əvvəlki üç buynuzu qoparır

NÖVBƏTİ MÜTALİƏNİZDƏ ARAŞDIRIN:

«Vəhy» kitabının 13-cü fəslində təsvir olunan heyvanlar nəyi təmsil edir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş