ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HƏVARİLƏRİN İŞLƏRİ 23, 24
Bulus xalqı qiyama qaldırmaqda ittiham olunur
Yerusəlimdəki yəhudilər Bulusu öldürəcəklərinə and içmişdilər (Hv 23:12). Amma Yehovanın iradəsi ondan ibarət idi ki, Bulus Romaya gedib orada şəhadət versin (Hv 23:11). Bulusun bacısı oğlu bu sui-qəsddən xəbər tutdu, bunu Bulusa çatdırdı. Beləliklə, sui-qəsdin qarşısı alındı (Hv 23:16). Bu əhvalatdan növbəti məqamlarla bağlı nə öyrənirsiniz?
İnsanlar Allahın iradəsinin yerinə yetməsinə mane ola bilər?
Allah kimin və ya nəyin vasitəsilə bizə kömək edə bilər?
Bu əhvalat sizi necə cəsarətləndirir?