MƏSİHİ HƏYATI
İmanınız haqda danışa bilərsiniz?
Kimsə sizdən soruşsa ki, nəyə görə dünyanı Allahın yaratdığına inanırsınız, necə cavab verərdiniz? Əminliklə cavab vermək üçün iki şey etməlisiniz: Birincisi, siz özünüz bunun həqiqət olduğuna inanmalısınız (Rm 12:1, 2). Sonra isə imanınızı necə izah edəcəyiniz barədə fikirləşməlisiniz (Ms 15:28).
«ORTOPEDİK CƏRRAH İMANI HAQDA DANIŞIR» VƏ «ZOOLOQ İMANI HAQDA DANIŞIR» ADLI VİDEOYA BAXIN. NƏYƏ GÖRƏ YARADILIŞA İNANDIQLARINA DİQQƏT YETİRİN VƏ SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
İren Hof Loranso nəyə görə təkamülə yox, yaradılışa inanır?
Yaroslav Dovqaniç nəyə görə təkamülə yox, yaradılışa inanır?
Yaradılışa inandığınızı başqalarına necə izah edə bilərsiniz?
Yehovanın təşkilatında sizin dilinizdə sizə və başqalarına hər şeyi Allahın yaratdığına inanmağa kömək edəcək hansı vəsaitlər var?