Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb20 aprel s. 7
  • «Yad allahların bütlərini atın»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Yad allahların bütlərini atın»
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Oxşar material
  • Okkultizm zərərsiz əyləncədir?
    Gənclərin sualları
  • Yehovanın köməyilə şər qüvvələrə qarşı durun
    Gözətçi qülləsi 2019
  • Allah cindarlığa necə baxır?
    Oyanın! 2017
  • Yehovaya tam sədaqət göstərin
    Gözətçi qülləsi 2019
Əlavə
Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
mwb20 aprel s. 7
Kişi şər ruhlarla əlaqəli olan təsbehi atır.

MƏSİHİ HƏYATI

«Yad allahların bütlərini atın»

Yehova hələ bütpərəstliyi qadağan edən qanun verməmişdən öncə Yaqub başa düşürdü ki, Yehova tam sədaqətə layiqdir (Çx 20:3—5). Buna görə də Yehova Yaquba Beytelə qayıtmağı buyuranda o, ev əhlinə bütlərini atmağı tapşırdı. Sonra bütləri və ola bilsin, talisman kimi taxılan sırğaları basdırdı (Yr 35:1—4). Şübhəsiz ki, Yehova Yaqubun bu hərəkətindən razı qaldı.

Bəs biz Yehovaya tam sadiq olduğumuzu necə göstərə bilərik? İlk öncə, bütpərəstliklə, yaxud şər qüvvələrlə əlaqəsi olan şeylərdən uzaq durmalıyıq. Bura okkultizmlə əlaqəsi olan əşyaları atmaq və əyləncə seçiminə ciddi yanaşmaq daxildir. Özünüzdən soruşun: «Vampir, zombi, fövqəltəbii qüvvələrdən bəhs edən kitablara, yaxud filmlərə marağım var? Seçdiyim əyləncədə sehrbazlıq, cadugərlik və lənət zərərsiz bir şey kimi təqdim edilmir ki?» Biz Yehovanın nifrət etdiyi hər şeydən uzaq durmalıyıq (Zb 97:10).

«İBLİSƏ MÜQAVİMƏT GÖSTƏRİN» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:

  • Biləyində həmail olan körpə çarpayıda uzanıb. Arxa fonda körpənin anası, yəni Müqəddəs Kitabı öyrənən qadın ona Müqəddəs Kitab dərsi keçən cütlüklə söhbət edir.

    Palesa adlı qadın hansı problemlə üzləşmişdi?

  • Həmin cütlük və dərs keçdikləri qadın kömək üçün iki ağsaqqalla söhbət edir

    Şər ruhlarla bağlı məsələlərdə nəyə görə ağsaqqallardan kömək istəmək düzgün olardı?

  • Müqəddəs Kitabı öyrənən qadın körpənin həmailini sobaya atır.

    İblisə müqavimət göstərin, Allaha yaxınlaşın (Yq 4:7, 8)

    Yehovanın müdafiəsində olmaq istəyən kəs nələri özündən tamamilə kənar etməlidir?

  • Palesa hansı qəti addımı atdı?

  • Yaşadığınız ərazidə şər ruhların təsirindən necə uzaq dura bilərsiniz?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş