Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb21 yanvar s. 5
  • Nikahınızı qoruyun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nikahınızı qoruyun
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Oxşar material
  • Qoy nikahınız xoşbəxt olsun
    Gözətçi qülləsi 2016
  • Ailə dağılmaq üzrə olduqda
    Ailə xoşbəxtliyinin sirri
  • Toydan sonra
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Qoy nikahınız sizə sevinc gətirsin
    Gözətçi qülləsi 2008
Əlavə
Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
mwb21 yanvar s. 5
Ər arvadının yanında yerdən oturub onunla birgə gülərüzlə paltar yuyur.

MƏSİHİ HƏYATI

Nikahınızı qoruyun

Yehova nikah andına çox ciddi yanaşır. O ərlə arvada bir-birinə bağlanmağı buyurur (Mt 19:5, 6). Allahın xalqı arasında xoşbəxt ailələr çoxdur. Amma heç bir ailə mükəmməl deyil. Hər ailədə problem olur. Bu dünyada insanlar ailədə problem yaranan kimi həllini ya ayrı yaşamaqda ya da boşanmaqda görürlər. Amma biz bu fikri qəbul etməməliyik. Bəs məsihilər nikahlarını necə qoruya bilər?

Beş mühüm addıma nəzər salaq:

  1. Flirti və əxlaqsız əyləncələri rədd edərək ürəyinizi qoruyun çünki bu kimi şeylər nikahı zəiflədir (Mt 5:28; 2Bt 2:14).

  2. Allahla dostluğunuzu möhkəmləndirin və Onun nikahınızdan razı qalması üçün əlinizdən gələni edin (Zb 97:10).

  3. Yeni şəxsiyyəti geyinmək üçün həmişə çalışın və həyat yoldaşınızın gününü xoş etmək üçün kiçik də olsa, xeyirxah işlər görün (Kl 3:8—10, 12—14).

  4. Söhbətləriniz hörmətcil və mənalı olsun (Kl 4:6).

  5. Ər-arvadlıq borcunu məhəbbətlə və nəvazişlə ödəyin (1Kr 7:3, 4; 10:24).

Məsihilər nikahlarına hörmət edəndə ailənin Banisi Yehovaya hörmət etmiş olurlar.

«“YARIŞDA DÖZÜMLƏ QAÇIN”. QAYDALARA RİAYƏT EDİN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • «“Yarışda dözümlə qaçın”. Qaydalara riayət edin» adlı videodan səhnə. Kalou cütlüyü ibadət evində söylənən toy məruzələrindən sonra gülümsəyir.

    Nikahda hansı çətinliklər yarana bilər?

  • «“Yarışda dözümlə qaçın”. Qaydalara riayət edin» adlı videodan səhnə. Kalou cütlüyü təmkinlə problemlərini həll edirlər. Stolun üzərində Müqəddəs Kitab açıq durub.

    Müqəddəs Kitabdakı məsləhətlər hətta sevgi olmayan ailəyə belə, necə kömək edə bilər?

  • «“Yarışda dözümlə qaçın”. Qaydalara riayət edin» adlı videodan səhnə. Kalou qardaş yoldaşı və iki qızı ilə birgə «Müqəddəs Kitab hekayələri» kitabını oxuyur.

    Nikahınızın xoşbəxtliyi üçün Kəlamdakı məsləhətlərə əməl edin

    Yehova nikahla bağlı hansı qaydaları təsis edib?

  • Nikahın xoşbəxt olması üçün ərlə arvaddan nə tələb olunur?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş