Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g14 aprel s. 7
  • Vəziyyət dəyişir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Vəziyyət dəyişir
  • Oyanın! 2014
  • Oxşar material
  • Həyatımdan bezəndə...
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • 4. Ümidinizi itirməyin
    Oyanın! 2022
  • Ölmək istəyirəm. Bu hisslərlə mübarizədə Müqəddəs Kitab mənə kömək edə bilər?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Dəyişikliklərə uyğunlaş
    Oyanın! 2016
Əlavə
Oyanın! 2014
g14 aprel s. 7

ÜZ QABIĞINDA | Yaşamağa dəyərmi?

1 Vəziyyət dəyişir

«Bizi hər tərəfdən sıxışdırırlar, amma divara dirəməyiblər; çaşqınlıq içindəyik, amma vəziyyətimiz çıxılmaz deyil» (2 KORİNFLİLƏRƏ 4:8).

Sui-qəsdə «müvəqqəti problemin həmişəlik həlli» deyiblər. Amma inanmaq çətin olsa da, sizə ağrı verən vəziyyət, hətta sizin əlinizdə olmasa belə, gözlənilmədən yaxşılığa tərəf dəyişə bilər. («Onların vəziyyəti dəyişdi» adlı çərçivəyə baxın.)

Vəziyyət dəyişmədiyi halda belə, ən yaxşısı, problemləri bir-bir həll etməkdir. İsa peyğəmbər demişdi: «Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir» (Matta 6:34).

Bəs əgər vəziyyəti dəyişmək əlinizdə deyilsə, onda nə etmək olar? Tutaq ki, sizin xroniki xəstəliyiniz var, yaxud da boşanma, əziz adamınızın ölümü kimi düzəlməz bir vəziyyət ucbatından ümidsizliyə qapılmısınız.

Bu cür vəziyyətlərdə belə dəyişə biləcəyiniz nəsə var — vəziyyətə baxışınız. Dəyişməsi əlinizdə olmayan vəziyyətlə barışsanız, vaxt ötdükcə vəziyyətə daha pozitiv mövqedən yanaşacaqsınız (Süleymanın məsəlləri 15:15). Belə olanda siz problemi həll etmək üçün yollar axtaracaq, ona son qoymaq üçün radikal vasitələrə əl atmayacaqsınız. Beləliklə, hətta sizə elə gəlsə də ki, vəziyyət sizdən asılı deyil, yavaş-yavaş vəziyyətə nəzarət etməyi öyrənəcəksiniz (Əyyub 2:10).

YADDA SAXLAYIN: bir addıma dağın başına çıxmaq mümkün deyil; problemlərinizi bir-bir həll edin. Bunu dağ kimi qarşınızda dayanan bir çox maneələrə aid etmək olar.

BU GÜN NƏ EDƏ BİLƏRSİNİZ? Probleminizi dostunuz və ya ailə üzvünüzlə bölüşün. Həmin adam sizə vəziyyətə tarazlı yanaşmağa kömək edə bilər (Süleymanın məsəlləri 11:14).

ONLARIN VƏZİYYƏTİ DƏYİŞDİ

Allahın dörd sadiq bəndəsinin nümunəsinə nəzər salaq. Vaxt var idi, onlar həyatdan bezib ölmək istəyirdilər.

  • Rebeka: «Əgər belədirsə, niyə yaşayıram?» (Yaradılış 25:22, Kitabı Mukaddes).

  • Musa: «Nə olar, məni öldür ki, belə əzabı görməyim»(Saylar 11:15).

  • İlyas: «Canımı al, çünki mən atalarımdan yaxşı deyiləm» (1 Padşahlar 19:4).

  • Əyyub: «Niyə doğulanda mən ölmədim?» (Əyyub 3:11).

Əgər Müqəddəs Kitabda bu insanlar barədə yazılanları oxusanız, görəcəksiniz ki, onların vəziyyəti yaxşıya doğru dəyişdi; hətta onlar özləri də belə olacağını gözləmirdilər. Sizin də vəziyyətiniz dəyişə bilər (Vaiz 11:6). Buna görə heç vaxt ruhdan düşməyin!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş