Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g14 aprel s. 16
  • Kəpənəyin qanadı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Kəpənəyin qanadı
  • Oyanın! 2014
  • Oxşar material
  • Kələm ağ kəpənəyinin V-şəkilli duruşu
    Təkamül, yoxsa yaradılış möcüzəsi?
  • «Mən də Müqəddəs Kitabı öyrənirəm»
    Gözətçi qülləsi 2012
  • Dərs 1
    Mən də Allah haqda öyrənirəm
  • Monarx kəpənəyinin köçü
    Təkamül, yoxsa yaradılış möcüzəsi?
Oyanın! 2014
g14 aprel s. 16
İri mavi morfo kəpənəyi

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Kəpənəyin qanadı

KƏPƏNƏYİN qanadları o qədər incə və kövrəkdir ki, hətta onun üzərinə düşən toz dənəciyinin və ya su damcısının ağırlığı uçmasına çətinlik törədə bilər. Ancaq kəpənəyin qanadları həmişə təmiz və quru qalır. Bunun sirri nədədir?

Kəpənəyin qanadındakı bir-birini örtən pulcuqlar

Kəpənəyin qanadı bir-birini örtən xırda-xırda pulcuqlarla örtülüdür

Fikir verin. Morfo növündən olan iri mavi kəpənəkləri (Morpho didius) araşdıran Ohayo Universitetinin tədqiqatçıları maraqlı bir fakt aşkar etmişlər. Adi gözlə baxanda bu kəpənəyin qanadları hamar görünsə də, onların səthi bir-birini örtən və kirəmitlə hörülmüş dama bənzəyən xırda-xırda pulcuqlarla örtülüdür. Bu pulcuqların aralarındakı xırda paralel novçalar sayəsində çirk zərrəcikləri və su damcıları asanlıqla diyirlənib yerə düşür. Mühəndislər kəpənəyin qanadının səthinə bənzəyən və suyu kənara axıdan, eləcə də özü-özünü təmizləyən səthlər yaratmağa çalışırlar. Bu materialdan sənayedə və tibdə istifadə etmək olacaq.

Kəpənəyin qanadı alimlərin canlılardakı dizaynı təkrarlamağa çalışdıqlarına daha bir nümunədir. Tədqiqatçı Bharat Bhuşan qeyd edir: «Təbiət — xırdasından tutmuş irisinədək — insanların əsrlər boyu ilham aldığı mühəndis möcüzələri ilə doludur».

Necə düşünürsünüz? Kəpənəyin qanadı təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsidir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş