Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g15 yanvar s. 6
  • Təkamülə zərbə vuran cavab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təkamülə zərbə vuran cavab
  • Oyanın! 2015
  • Oxşar material
  • Həyat necə əmələ gəlib?
    Əlavə mövzular
  • Siz kreasionistsiniz?
    Tez-tez verilən suallar
  • Həyat necə əmələ gəlib?
    Oyanın! 2015
  • Müqəddəs Kitabdan nə öyrənirik?
    Oyanın! 2021
Əlavə
Oyanın! 2015
g15 yanvar s. 6
Açıq vəziyyətdə Müqəddəs Kitab

ÜZ QABIĞINDA | HƏYAT NECƏ ƏMƏLƏ GƏLIB?

Təkamülə zərbə vuran cavab

ƏKSƏR insanlar yaradılış faktını götür-qoy etdikdən sonra həyatın Ali Zəkanın əl işi olduğu qənaətinə gəlirlər. Misal üçün, bir vaxtlar ateizmin qızğın müdafiəçisi olan professor-filosof Entoni Flünu götürək. O, Kainatın fiziki qanunlarını araşdırandan və canlıların nə dərəcədə mürəkkəb olduğunu öyrənəndən sonra öz fikrini dəyişdi. O, qədim filosofların təbirincə belə yazmışdı: «Biz faktların apardığı istiqamətdə getməliyik». Professor Flünun fikrincə, bütün faktlar Dahi Yaradanın varlığına işarə edir.

Birinci məqalədə adı çəkilən professor Jerard da bu nəticəyə gəlib. Ali təhsilinə və entomologiya sahəsində irəliləyişlərinə baxmayaraq, o deyir: «Həyatın təsadüflər nəticəsində cansız maddədən yaranması fikrinin lehinə heç bir sübut görmədim. Canlı orqanizmlərin nizamlığı və kompleks quruluşu məni əmin etdi ki, bütün xilqətin Xaliqi var».

Necə deyərlər, rəssamı onun əsərlərindən tanımaq olar. Jerard da Yaradanı canlı aləmi tədqiq etməklə tanıdı. O həmçinin Yaradana məxsus olan kitabı — Müqəddəs Kitabı oxudu (2 Timutiyə 3:16). Professor oradan bəşəriyyətin keçmişi barədə öyrəndi və insanların üzləşdiyi problemlərin həlli yolunu tapdı. Beləcə, o əmin oldu ki, Müqəddəs Kitabın müəllifi də Külli-İxtiyar Yaradandır.

Jerard öz təcrübəsindən gördü ki, bütün sualların cavabını Müqəddəs Kitabdan oxumağa dəyər. Məsləhət görürük ki, siz də bu kitabı oxuyasınız.

Bilirsiniz?

MÜQƏDDƏS KİTAB ELMƏ ZİDD DEYİL. Əksinə, Müqəddəs Kitab insanları canlı aləmi tədqiq etməyə təşviq edir (Əşiya 40:26). O, elmi kitab olmasa da, elmi faktlarla üst-üstə düşür. Məsələn, Müqəddəs Kitab yer kürəsinin 24 saatdan ibarət 6 gün ərzində yaradıldığı fikrini dəstəkləmir. Allahın Kəlamında «gün» sözü altında uzun müddət davam edən vaxt kəsiyi nəzərdə tutulura.

a Ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Həyat necə yaranıb?» broşürasına baxın. Bu broşüranı həmçinin www.jw.org/az-latn saytında tapa bilərsiniz.

Müqəddəs Kitabda deyilir ki,..

HƏYAT YALNIZ HƏYATDAN ƏMƏLƏ GƏLİB. «Həyat mənbəyi Sənsən» (Zəbur 36:9).

ALLAH NÖVÜNƏ GÖRƏ BİTKİ VƏ HEYVAN YARADIB (Yaradılış 1:11, 12, 21, 24, 25). Müqəddəs Kitab «növ» anlayışını məhdudlaşdırmır və bununla da növ daxili müxtəlifliyin mövcud olduğunu danmır.

ALLAH İNSANLARI ÖZÜNDƏ OLAN XÜSUSİYYƏTLƏRİ TƏZAHÜR ETDİRMƏK BACARIĞI İLƏ YARADIB. Bu xüsusiyyətlərə məhəbbət, xeyirxahlıq və ədalət daxildir. «Allah dedi: “Bizə bənzəyən insan yaradaq”» (Yaradılış 1:26).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş