Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g15 iyul s. 6
  • Problem: mənfi hisslər çulğayanda...

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Problem: mənfi hisslər çulğayanda...
  • Oyanın! 2015
  • Oxşar material
  • Bütün qayğılarınızı Yehova Allahın üzərinə qoyun
    Gözətçi qülləsi 2016
  • Narahatçılıq keçirməmək üçün nə edə bilərəm?
    Gənclərin sualları
  • Kişilərdə narahatçılıq hissi. Müqəddəs Kitab necə kömək edə bilər?
    Əlavə mövzular
  • Narahatçılıq
    Oyanın! 2016
Əlavə
Oyanın! 2015
g15 iyul s. 6
Qreqori mənzərədən zövq alır

ÜZ QABIĞINDA | HƏYAT SİZİN ƏLİNİZDƏDİR, YOXSA SİZ HƏYATIN?

Problem: mənfi hisslər çulğayanda...

OLA BİLSİN, siz məyusluq, qəzəb və ya inciklik kimi güclü hisslərin əsirisiniz. Belə halda, yəqin, sizin vacib olan şeylər üçün, demək olar ki, vaxtınız və gücünüz qalmır. Bəs bu problemi necə həll edə bilərsiniz?a

DAVUD PEYĞƏMBƏRİN NÜMUNƏSİ

Davud peyğəmbər narahatçılıq və məyusluq kimi qarışıq hisslər keçirirdi. Bunun öhdəsindən gəlməyə ona nə kömək edirdi? O, vəziyyəti Allahın öhdəsinə buraxırdı (1 İşmuil 24:12, 15). Həmçinin o, hisslərini qələmə alırdı. Bundan əlavə, iman sahibi olan Davud peyğəmbər tez-tez dua edirdib.

QREQORİ ÖHDƏSİNDƏN NECƏ GƏLDİ?

Giriş məqalədə deyildiyi kimi, Qreqori təşviş pozuntusu xəstəliyindən əziyyət çəkir. O deyir: «Mən həddindən artıq narahatçılıq keçirirdim və heç cür özümü ələ ala bilmirdim». Bəs Qreqori bunun öhdəsindən necə gəldi? O bölüşür: «Tarazılığı qorumaq üçün həyat yoldaşımın və dostlarımın göstərdikləri köməyi qəbul etdim. Həmçinin həkimlə məsləhətləşib vəziyyətimlə bağlı çoxlu məlumat öyrəndim. Həyat tərzimdə bəzi dəyişikliklər edəndən sonra anladım ki, mən vəziyyəti yox, vəziyyət məni idarə edirmiş. Düzdür, hələ də vaxtaşırı narahatçılıq keçirirəm, amma nələrin buna səbəb olduğunu indi daha yaxşı başa düşürəm və belə vəziyyət özümü necə ələ alacağımı bilirəm».

«Şad ürək cana məlhəmdir» (Məsəllər 17:22).

SİZ NƏ EDƏ BİLƏRSİNİZ?

Əgər mənfi hisslərin əsirisinizsə, növbəti addımları atın:

  • Hisslərinizi kağıza yazın.

  • Hisslərinizi ailə üzvlərinizlə və ya dostlarınızla bölüşün.

  • Hisslərinizlə mübarizə aparın. Məsələn, özünüzdən soruşun: «Nəyə görə özüm barədə yanlış fikirdəyəm? Buna əsaslı səbəbim var?»

  • Təşvişin, qəzəbin və ya incikliyin təsiri altında qalmayın. Əksinə, gücünüzü səmərəli şeylərə sərf edinc.

Xülasə. Adətən, mənfi hisslərin yaranmasına səbəb vəziyyətimiz yox, ona olan münasibətimizdir.

a Bəzən mənfi hisslərə səhhətimizdəki problemlər səbəb ola bilər və bunun üçün həkimə müraciət etmək lazımdır. Bu jurnal konkret hansısa bir müalicəni tövsiyə etmir. Hər kəs qərar verməzdən öncə öz mövqeyini yaxşıca araşdırmalıdır.

b Müqəddəs Kitabdakı məzmurların çoxu Davud peyğəmbərin dualarıdır. Bu duaları o özü qələmə alıb.

c Əlavə məlumat əldə etmək üçün «Gözətçi qülləsi» jurnalının «Narahatçılıqlar və onların həlli» adlı 2015-ci il iyul—sentyabr sayına baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş