Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g16 №  6 s. 10—11
  • Dezideri Erazm

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dezideri Erazm
  • Oyanın! 2016
  • Başlıqlar
  • Oxşar material
  • TƏDQİQATLAR VƏ İNANCLAR
  • İNCİLİN YUNAN MƏTNİ
  • Mündəricat
    Oyanın! 2016
Oyanın! 2016
g16 №  6 s. 10—11

KEÇMİŞƏ NƏZƏR | DEZİDERİ ERAZM

Dezideri Erazm

Dezideri Erazm

DEZİDERİ ERAZM (b. e. 1469—1536). O, əvvəl-əvvəl öz dövrünün ən dahi avropa alimi hesab olunurdu. Lakin sonradan ona qorxaq və kafir damğası vuruldu. Qızğın dini debatların içində olan Erazm katolik dininin və kilsədə islahat aparmaq istəyən insanların səhvlərini üzə çıxarmağa cəhd göstərmişdi. Bu gün o, Avropada dini müstəvi ilə bağlı dəyişikliklərdə aparıcı rol oynayan bir insan kimi tanınır. Necə?

TƏDQİQATLAR VƏ İNANCLAR

Erazm yunan və latın dillərini mükəmməl bilirdi. Buna görə də o, Müqəddəs Kitabın latın dilinə olan tərcümələrini, məsələn, Latın Vulqatasını İncilin (Əhdi-Cədid) yunan dilində olan qədim əlyazmaları ilə tutuşdurmuşdu. O, belə bir qənaətə gəlmişdi ki, Müqəddəs Kitabı bilmək çox vacibdir. Buna görə də o, bu kitabın başqa dillərə də tərcümə olunmasının tərəfdarı idi.

Erazm katolik kilsəsinin daxildən dəyişməsini təbliğ edirdi. Çünki o inanırdı ki, Allaha ibadət hansısa ayinləri yerinə yetirmək demək deyil. Bu, insanın bütün həyatını əhatə etməlidir. Buna görə də islahatçılar üsyan edib Roma kilsəsində islahatların aparılmasını tələb edəndə bunun arxasında Erazmın durduğundan şübhələndilər.

Erazm katolik dininin və kilsədə islahat aparmaq istəyən insanların səhvlərini üzə çıxarmağa cəhd göstərmişdi

Erazm öz əsərlərində din xadimlərini, onların şöhrətpərəstliyini və papanın hərbiçi siyasətini satira atəşinə tutmuşdu. O, kilsə ənənələrindən, məsələn, günahların etirafı, müqəddəslərə ibadət, oruc tutmaq və ziyarətgahlara getmək kimi ənənələrdən istifadə edib mömin insanları tar-mar edən din xadimlərindən fərqlənirdi. O həmçinin indulgensiyaların satışına, məcburi bəkarət andına və kilsənin bu kimi əməllərinə qarşı idi.

İNCİLİN YUNAN MƏTNİ

1516-cı ildə Erazm İncilin yunan dilində ilk nəşrini çap etdirdi. Bu nəşr İncilin ilk nüsxəsi kimi tarixə düşdü. Tərcümə etdiyi bu nəşrdə Erazmın şərhləri və İncilin latın dilində tərcüməsi də yer alırdı. Onun etdiyi tərcümə Latın Vulqatasından fərqlənirdi. İncilin növbəti buraxılışlarında Erazm bəzi düzəlişlər etmişdi. Düzəlişlərdən sonra sonuncu çıxan nəşri Latın Vulqatasından kəskin surətdə fərqlənirdi.

Erazmın İncili

Erazmın nəşr etdiyi İncil

Fərqlərdən biri 1 Yəhya 5:7 ayəsi idi. Üç üqnum təlimini dəstəkləmək üçün Vulqataya «comma Johanneum» kimi tanınan saxta sözlər əlavə olunmuşdu. Orada yazılmışdı: «Səmada Ata, Söz və Müqəddəs Ruh. Bunların üçü də birdir». Ancaq Erazm çap etdiyi İncilin ilk iki nəşrindən bu sözləri çıxarmışdı, çünki onun müraciət etdiyi heç bir qədim yunan əlyazmasında bu sözlərə rast gəlinmirdi. Sonradan kilsə Erazma təzyiq göstərdi ki, bu sözləri çap edəcəyi üçüncü nəşrində bərpa etsin.

Erazmın tərcümə etdiyi İncil Avropa dillərinə daha yaxşı tərcümə üçün zəmin yaratdı. Martin Lüter, Uilyam Tindal, Antonio Bruçoli və Fransisko de Enzinas Erazmın nəşrlərindən istifadə edərək İncili alman, ingilis, italyan və ispan dillərinə tərcümə etmişdilər.

Erazm tarixi dini iğtişaşların baş verdiyi dövrdə yaşamışdı. Onun nəşr etdiyi İncil protestant islahatçıları üçün əvəzsiz kömək hesab olunurdu. Reformasiya baş verənə qədər Erazmın özünü də islahatçı hesab edirdilər. Lakin böyük dini debatlar zamanı Erazm heç kimin tərəfini tutmadı. Maraqlıdır ki, təxminən 20-ci əsrlərdə yaşamış alim Deyvid Şaf Erazm haqda yazmışdı ki, «o öləndə heç bir dini təriqətlə əlaqəsi yox idi. Katoliklər onu katolik kimi qəbul etməzdilər, protestantların da onu qəbul etməsi qeyri-mümkün idi».

QISA MƏLUMAT

  • Erazm 1516-cı ildə yunan dilində İncili dərc etdi. Burada bir sütunda yunan mətni, o biri sütunda isə latın tərcüməsi, o cümlədən çoxlu qeydlər yer almışdı.

  • İncilin ön sözündə Erazm belə sözlər yazmışdı: «Mən sadə xalqa Müqəddəs Kitabı oxumağa mane olan və bu kitabın onların danışdığı dillərə tərcümə olunmasına qarşı çıxan insanların qəti əleyhinəyəm».

  • Erazmın kitabları Avropanın bəzi ərazilərində tənqidçilər tərəfindən yandırılmış və uzun illər ərzində Roma papası tərəfindən qadağa olunmuş ədəbiyyatlar siyahısına daxil edilmişdi.

İntibah dövrü ekvivalenti

Erazm sözün əsl mənasında geniş düşünən alim idi. O, bir neçə Avropa ölkələrində yaşamış və işləmişdi. Həmin yerlərdə o, kral ailəsinin və universitetlərin nüfuzlu adamları ilə dostlaşmışdı. Geniş kütlə tərəfindən oxunulan və bəyənilən əsərləri onu məşhur etmişdi. Hətta bir vaxtlar o, səyahət etdiyi hər yerdə fanfaralarla və şahzadələrin, prelatların və alimlərin alqışları ilə qarşılanırdı. Bir müasir yazıçı onu «bugünkü dünya şöhrətinin intibah dövrü ekvivalenti» adlandırmışdır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş