Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g17 №  1 s. 3—7
  • Yeniyetmələrdə depressiya. Səbəb və həll yolları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yeniyetmələrdə depressiya. Səbəb və həll yolları
  • Oyanın! 2017
  • Başlıqlar
  • Oxşar material
  • SƏBƏBLƏR
  • AĞLINIZIN VƏ CANINIZIN QƏDRİNİ BİLİN
  • Depressiyadan necə yaxa qurtara bilərəm?
    Gənclərin sualları
Oyanın! 2017
g17 №  1 s. 3—7
Yatağında olan yeniyetmə oğlan depressiyadadır

ÜZ QABIĞINDAKI MÖVZU

Yeniyetmələrdə depressiya. Səbəb və həll yolları

«MƏN depressiyada olanda nəsə eləməyə həvəsim olmur, hətta sevdiyim işləri də görmək istəmirəm. Bütün günü yatmaq istəyirəm. Mənə elə gəlir ki, heç kimə lazım deyiləm, başqalarına yükəm, məni heç kim sevmir», — deyə Annaa hisslərini bölüşür.

Culiya adlı digər bir qız deyir: «Ağlımdan intihar etmək keçirdi. Əslində, ölmək yox, sadəcə bu bədbin hisslərdən azad olmaq istəyirdim. Baxmayaraq ki, xasiyyətcə qayğıkeş insanam, depressiyada olanda məni heç kim maraqlandırmır».

Anna ilə Culiya ilk dəfə depressiyaya düşəndə yeniyetməliyə təzəcə qədəm qoymuşdular. Bəzi gənclər bu cür hissləri hərdənbir keçirsələr də, Anna və Culiyada depressiya müddəti həftələrlə, bəzən isə aylarla çəkirdi. Anna deyir: «Bu elə hissdir ki, sanki, dərin bir quyuya düşmüsən və oradan çıxa bilmirsən. Adam özünü tanıya bilmir, elə bil ağlını itirir».

Bu vəziyyətlə üzləşən təkcə Anna və Culiya deyil. Gənclər arasında depressiya halları kəskin surətdə artıb. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, «10—19 yaş arası oğlan və qızların xəstəlik və əlilliyinin əsas səbəbi» depressiyadır.

Depressiyanın əlamətləri yeniyetməliyin istənilən çağında yarana bilər və bu, yuxuya, iştahaya, çəkiyə öz mənfi təsirini göstərir. Belə vaxtlarda insan özünü çarəsiz, ümidsiz, dəyərsiz və məyus hiss edə bilər. Diqqəti cəmləmək və yaddaşla bağlı problemlər, intihara meyillilik və təşəbbüs halları, özünü cəmiyyətdən təcrid etmək, həmçinin tibbin izah edə bilmədiyi digər əlamətlər də depressiyaya daxildir. Həkimlər depressiya diaqnozunu qoymazdan öncə, adətən, həftələrlə davam edən və insanın həyatının gedişatına mane olan bir qrup əlamətin olub-olmadığını nəzərə alırlar.

SƏBƏBLƏR

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, «depressiya sosial, psixoloji və bioloji təsirin» nəticəsidir. Məsələn, bura aşağıdakı amillər daxildir.

Fiziki amillər. Depressiya çox vaxt irsən keçir. Culiyada depressiya məhz bu səbəbdən idi. Görünür, genetika insanın beynindəki kimyəvi fəaliyyətə təsir göstərir. Fiziki amillərə həmçinin ürək-damar xəstəliklərini və hormonal dəyişiklikləri misal çəkmək olar. Həmçinin uzun müddət narkotik və içki qəbul etmək də insanı depressiyaya sala və vəziyyətini ağırlaşdıra bilərb.

Stress. Yüngül stress keçirmək faydalı olsa da, xroniki və güclü stress fiziki və psixoloji cəhətdən zərər yetirə, bəzi yeniyetmələri isə depressiyaya sala bilər. Bununla belə, depressiyanın dəqiq səbəbləri məlum deyil və yuxarıda qeyd olunduğu kimi, buna bir yox, bir neçə amil təsir edə bilər.

Valideynlərin boşanması və ya ayrı yaşaması, yaxın insanın ölümü, fiziki və ya cinsi zorakılıq, bədbəxt hadisə, xəstəlik, qavrama qabiliyyətinin zəif olması (xüsusilə də belə uşaq valideyni tərəfindən soyuq münasibət görürsə) ucbatından keçirilən stress yeniyetməni depressiyaya sala bilər. Həmçinin valideynlərin hədsiz tələbkar olması, məsələn, valideynin övladından dərslərində yüksək nailiyyətlər əldə etməsini gözləməsi uşağı stressə sala bilər. Bundan əlavə, həmyaşıdları tərəfindən ələ salınmaq, gələcəklə bağlı qeyri-müəyyənlik, depressiyada olan valideyn tərəfindən diqqətsizlik və valideynlərin xasiyyətinin qeyri-sabit olması stressə salan digər amillərdir. Əgər yeniyetmə bu kimi səbəblər ucbatından depressiyaya düşübsə, ona nə kömək edə bilər?

AĞLINIZIN VƏ CANINIZIN QƏDRİNİ BİLİN

Orta və ağır dərəcəli depressiya, adətən, dərmanla və ya psixoloqun köməyi ilə müalicə olunurc. Bir peyğəmbər demişdi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır» (Mark 2:17). Xəstəlik isə bədəninin istənilən hissəsinə, o cümlədən, beyinə də təsir edir. Depressiyada olan insanın həyatında dəyişikliklər etməsi ona fayda gətirə bilər, çünki beyinlə bədən bir-birilə sıx əlaqəlidir.

Əgər siz depressiyadan əziyyət çəkirsinizsə, fiziki və əqli sağlamlığınızın qeydinə qalın. Məsələn, sağlam qidalanın, kifayət qədər yatın, müntəzəm idmanla məşğul olun. İdman edərkən orqanizmdə insanın əhvalını yüksəldən, enerjisini artıran, yuxusuzluğu aradan qaldıran maddələr ifraz olunur. Mümkündürsə, depressiyanın ilkin əlamətlərini və səbəblərini sezməyə çalışın və sizə kömək edə biləcək hərəkət planı yaradın. Etibar etdiyiniz insana ürəyinizi boşaldın. Yaxın ailə üzvlərinizin və dostlarınızın dəstəyi sizə depressiya ilə mübarizə aparmağa və əlamətləri azaltmağa kömək edə bilər. Fikirlərinizi və keçirdiyiniz hissləri bir dəftərə yazın. Bu üsul Culiyaya çox kömək edib. Ən əsası isə, Allaha ibadətinizdən qalmayın. Bu, həyata nikbin baxmağa kömək edəcək. Bir peyğəmbər demişdi: «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir» (Mətta 5:3).

Yeniyetmə qız ailəsi ilə yemək yeyir, idmanla məşğul olur və yatır

Yaxşı qidalanın, aktiv olun və kifayət qədər yatın

Yeniyetmə qız Müqəddəs Kitab oxuyur

Allaha ibadət etməklə təsəlli tapa bilərsiniz

Həm Anna, həm də Culiya bu sözlərin həqiqət olduğunu öz həyatlarında görüblər. Anna onu Allaha yaxınlaşdıran işlərlə məşğul olur. O deyir: «Ruhani işlər mənə kömək edir ki, diqqətimi öz problemlərimə yox, ətrafımda olan insanlara cəmləyim. Düzdür, bu, həmişə asan olmur, ancaq bunun sayəsində indi özümü daha xoşbəxt hiss edirəm. Culiyaya isə Allaha dua etmək, Müqəddəs Kitabı oxumaq təsəlli verir. O deyir: «Duada ürəyimi Allaha boşaldanda çox sakitləşirəm. Müqəddəs Kitabı oxumağın sayəsində isə başa düşürəm ki, mən Allah üçün dəyərliyəm və O, mənim qayğıma qalır. Allahın Kəlamını oxumaq mənə həm də gələcəyə nikbin baxmağa kömək edir».

Yaradan Allahımız Yehovad bizim aldığımız tərbiyənin, həyatda yaşadıqlarımızın və genetikamızın baxışlarımıza və hisslərimizə necə təsir etdiyini bilir və bizə lazım olan dəstəyi və təsəllini verməyə qadirdir. Çox vaxt O, bunu mərhəmətli və anlayışlı insanlar vasitəsilə edir. Bundan başqa, gün gələcək ki, Allah bizim həm fiziki, həm də əqli xəstəliklərimizi sağaldacaq. Həmin vaxt «heç bir sakin “xəstəyəm” deməyəcək» (Əşiya 33:24).

Müqəddəs Kitabda yazılıb ki, Allah insanların «gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:4). Bu sözlər həqiqətən də adamı ruhlandırır, daxilində əminlik yaradır. Əgər siz Allahın bəşəriyyətlə və yaşadığımız yer üzü ilə bağlı hansı işləri görəcəyi haqda daha çox bilmək istəyirsinizsə, zəhmət olmasa, jw.org saytını ziyarət edin. Siz bu saytdan Müqəddəs Kitabı oxuya, həmçinin depressiya mövzusu da daxil olmaqla, istədiyiniz mövzuda məqalələr tapa bilərsiniz.

a Adlar şərtidir.

b İnsanın əhvalına yüzlərlə xəstəlik, dərman və narkotik təsir edə bilər. Bu səbəbdən xəstəyə düzgün diaqnoz qoyulmalıdır.

c «Oyanın!» jurnalı konkret hansısa müalicə üsulunu tövsiyə etmir.

d Müqəddəs Kitaba əsasən, Allahın adı.

Valideynlərə məsləhət

  • Depressiyada olan yeniyetmələr üçün hisslərini ifadə etmək və onlarla nə baş verdiyini anlamaq çətin ola bilər. Onlar depressiyaya düşdüklərindən belə xəbərsiz ola bilərlər.

  • Yeniyetmələr depressiyanı böyüklərdən fərqli keçirirlər. Buna görə də övladınızın hərəkətlərində, qidalanmasında, əhvalında, yuxu rejimində və başqaları ilə münasibətində dəyişiklik hiss edirsinizsə, buna ciddi yanaşın. Xüsusilə də, əgər bu dəyişikliklər artıq bir neçə həftədir ki, davam edirsə.

  • İntiharla bağlı dediyi istənilən sözü ciddiyə alın.

  • Əgər övladınızın depressiyaya düşdüyündən şübhələnirsinizsə (hərdən keçirilən kədər hissi buna aid deyil), həkimə müraciət edin.

  • Övladınıza həkimin yazdığı müalicəyə əməl etməyə yardım edin; yaxşılığa doğru irəliləyiş yoxdursa və ya müalicə əks təsir göstərirsə, həkimlə danışın.

  • Vaxtlı-vaxtında qidalanmaq, yatmaq və idman etmək üçün rejim qurun.

  • Çalışın yeniyetmə övladınızla yaxşı ünsiyyətiniz olsun, ona depressiyada olduğuna görə sıxılmamağa kömək edin.

  • Depressiyada olan adam özünü tənha, lazımsız hiss edir, bu vəziyyətinə görə utanır, buna görə də övladınızı sevdiyinizi ona tez-tez bildirin.

Yardımına çatacaq «ilk yardım çantası»

«İlk yardım çantası»na xoş anları xatırladan əşyalar, ruhlandırıcı ayələr, məqalələr, hadisələr və gözəl musiqi daxildir

Depressiyadan əziyyət çəkirsənsə, fikirlərini və hisslərini nəzarətdə saxlamağa kömək edəcək «ilk yardım çantası» hazırla. Çantana bu səhifədə göstərilən şeyləri qoya bilərsən:

  • Qəmgin olanda zəng edə biləcəyin insanların telefon nömrəsi

  • Kefini açan və faydalı musiqilər

  • Ruhlandırıcı aforizm və məqalələr

  • Allahın Kəlamından olan təsəlliverici ayələrin siyahısı (məsələn, Zəbur 34:18; 51:17; 94:19; Filippililərə 4:6, 7)

  • Səni sevən insanları xatırladan əşyalar

  • Yaşadığın xoş anları və nikbin düşüncələrini qələmə aldığın dəftər

Yeniyetmə qızlarda depressiya səbəbləri

Depressiya halları yeniyetmə qızlarda oğlanlara nisbətən daha çox olur. Səbəblərdən biri odur ki, əsasən qızlar emosional, fiziki və cinsi təcavüzə və ya zorakılığa məruz qalır. Peşəkar məsləhətçi Şaron Herş yazır: «Ətrafda baş verənlərlə daxili narahatlıq üst-üstə düşəndə aləm dəyir bir-birinə». Həmçinin qızlara kütləvi informasiya vasitələrindəki «ideal» bədən təsvirləri güclü təsir edə bilər. Xarici görünüşünə görə bəyənilmədiyini düşünən, həmyaşıdlarının rəğbətini itirməkdən qorxan qızlar depressiyaya daha tez düşüre.

e «Oyanın!» jurnalının 2016-cı il № 4 sayında yerləşən «Müqəddəs Kitabın baxışı. Xarici gözəllik» adlı məqaləsinə baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş