Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g17 №  2 s. 8—9
  • Valideyn itkisi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Valideyn itkisi
  • Oyanın! 2017
  • Başlıqlar
  • Oxşar material
  • PROBLEM
  • NƏYİ BİLMƏLİSƏN?
  • SƏN NƏ EDƏ BİLƏRSƏN?
  • Uşaq kədərli olanda
    Oyanın! 2017
  • Özümü bu qədər üzməyim normaldırmı?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Kədərdən necə qurtula bilərəm?
    Gənclərin sualları
  • Bu dərdə necə dözmək olar?
    Sizə əziz adam öləndə...
Əlavə
Oyanın! 2017
g17 №  2 s. 8—9
Qəbiristanlıqda uşaq bir nəfərin əlindən tutub

AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Valideyn itkisi

PROBLEM

Atası anevrizma xəstəliyi ucbatından həyatını itirəndə Daminin cəmi altı yaşı var idi. Derikin doqquz yaşı olanda atası ürək xəstəliyindən vəfat etmişdi. Uzun sürən xərçəng xəstəliyi yeddi yaşlı Ceninin anasını əlindən almışdıa.

Bu uşaqların üçü də valideynini itirib. Əgər bu, səninlə də baş veribsə, onda bu məqalə onların itkisi ilə barışmağına kömək edə bilərb. Gəl əvvəl kədər hissi ilə bağlı bəzi faktlara nəzər salaq.

NƏYİ BİLMƏLİSƏN?

Kədər hamıda eyni olmur. Bu, o deməkdir ki, hərə kədərini bir cür büruzə verir. Bir kitabda deyilir: «Kədərin öhdəsindən gəlməyin düsturu yoxdur» («Helping Teens Cope With Death»). Əsas odur ki, könlündəki dərd-qəmi boğmayasan. Nəyə görə? Çünki...

Kədəri gizlətmək zərərlidir. Haqqında danışdığımız Ceni deyir: «Düşünürdüm ki, yaşca kiçik olan bacıma görə möhkəm olmalıyam, buna görə də hisslərimi boğurdum. Günü bu gün də qəm-qüssəmi gizlətməyə çalışıram, bu isə sağlamlığa ziyandır».

Mütəxəssislər də belə hesab edir. Bir kitabda yazılıb: «İnsan hisslərini heç vaxt tamamilə boğa bilməz. Bu hisslər nə vaxtsa özünü büruzə verəcək: insan ya bir gün hisslərini cilovlaya bilməyib özündən çıxacaq, ya da səhhətində problemlər yaranacaq» («The Grieving Teen»). Kədərini boğmağa çalışan insan qəlb ağrısını unutmaq üçün içkiyə və ya narkotikə aludə ola bilər.

Kədər qarışıq hisslərlə müşayiət olunur. Məsələn, bəziləri ölən insanı «niyə məni atıb getdin» sözləri ilə günahlandırır. Digərləri «ey Allah, niyə qoydun o ölsün» deyib Allahı təqsirləndirir. Bir başqaları isə həyatını itirən insana dedikləri hansısa sözə və ya etdikləri hansısa hərəkətə görə özlərini qınayırlar, çünki səhvlərini düzəltmək artıq mümkün deyil.

Bəli, kədər özünü müxtəlif cür büruzə verir. Bəs sən özünü ələ alıb həyata davam etmək üçün nə edə bilərsən?

SƏN NƏ EDƏ BİLƏRSƏN?

Ürəyini kiməsə boşalt. Sənin üçün ağır bir dövr olduğuna görə, bəlkə də, tək qalmaq istəyəcəksən. Amma ailə üzvünə və ya dostuna ürəyini boşaltsan, hisslərinlə mübarizə apara biləcəksən və kədərin səni üstələməsinə yol verməyəcəksən (Müqəddəs Kitab prinsipi: Məsəllər 18:24).

Gündəlik tut. Vəfat etmiş valideynin haqqında ən xoş xatirələrini, onda bəyəndiyin xüsusiyyətləri yaz. Sən ona nədə bənzəmək istəyərdin?

Əgər mənfi fikirlər səni rahat buraxmırsa, məsələn, valideynin ölməzdən bir müddət əvvəl ona qarşı kobudluq etmisənsə, keçirdiyin hissləri və səbəbini yaz. Belə başlaya bilərsən: «Özümü günahkar hiss edirəm, çünki atam ölməzdən bir gün əvvəl onunla mübahisə etmişdim».

Sonra özünü günahlandırmağının nə üçün əsassız olduğunu düşün. Bir kitabda yazılır: «Üzr istəmək üçün daha heç vaxt imkanının olmayacağını bilə bilməzdin, buna görə də özünü günahlandırma. Mümkün deyil ki, insan həyatı boyu sonradan peşman olacağı hər hansı bir söz deməsin» («The Grieving Teen») (Müqəddəs Kitab prinsipi: Əyyub 10:1).

Sağlamlığına fikir ver. Kifayət qədər istirahət et, idmanla məşğul ol, düzgün qidalan. Əgər iştahan yoxdursa, heç olmasa, iştahan olana kimi gün ərzində bir neçə dəfə sağlam qəlyanaltı et. Kədərini qeyri-sağlam qidalarla və spirtli içkilərlə boğmağa çalışma. Onların ziyandan başqa heç bir xeyri yoxdur.

Allaha dua elə. Müqəddəs Kitabda deyilir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar» (Zəbur 55:22). Dua insanın özünü sakitləşdirməsi üçün bir vasitə deyil. Bu, «hər dərdimizdə bizə təsəlli» verən Allahla söhbətdir (2 Korinflilərə 1:3, 4).

Məsələn, Allah bizə təsəllini Öz Kəlamı vasitəsilə verir. Buna görə də məsləhət görərdik ki, ölən insanın hal-hazırda harada olduğu haqda və dirilmə ümidi barədə Müqəddəs Kitabda nə deyildiyini araşdırasanc (Müqəddəs Kitab prinsipi: Zəbur 94:19).

a Dami, Derik və Ceninin yaşadıqları haqda növbəti məqalədən daha ətraflı öyrənə bilərsən.

b Bu məqalədə söhbət atanın və ya ananın ölümündən getsə də, yaxın qohumunu və ya dostunu itirən hər kəs buradakı məsləhətlərdən faydalana bilər.

c «Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1» kitabının 16-cı fəslinə bax. Kitabı www.jw.org/az saytından pulsuz yükləyə bilərsən. NƏŞRLƏR bölməsinə daxil ol.

ƏSAS AYƏLƏR

  • «Dost var, qardaşdan yaxındır» (Məsəllər 18:24).

  • «Dərdimi açıb-tökəcəyəm, yana-yana danışacağam» (Əyyub 10:1).

  • «Fikirlər məni çulğayanda mənə təsəlli verib ovutdun» (Zəbur 94:19).

KÖMƏK ƏLİNİ UZAT

«Biz ailəlikcə Yehovanın Şahidiyik. Bir neçə il öncə iki uşağın anası xərçəngdən vəfat etdi. Uşaqların birinin üç, o birinin isə altı yaşı var idi. On yeddi il bundan öncə atam vəfat edəndə bacımla mən də həmin yaşlarda idik.

Anam, kiçik bacım, qardaşım və mən qərara gəldik ki, bu ailəyə kömək edək. Onları qonaq çağırırdıq, ürəklərini boşaltmaq istəyəndə onların dərdinə şərik olurduq və onlarla birgə vaxt keçirirdik. Onlar nə istəyirdilərsə, onu da edirdik: lazım gələrdisə, onlarla oynayırdıq, onları dinləyirdik, ya da onlara məsləhət verirdik.

Valideyni itirmək dəhşətli bir şeydir, sağalmaz yaradır. Zaman keçdikcə özünə gəlirsən, amma itirdiyin insanı daima xatırlayırsan. Mən bilirəm, bu ailə hal-hazırda nələr yaşayır. Buna görə ailəlikcə onlara kömək əli uzatdığımıza görə xoşbəxtəm. Bunun sayəsində onlara və bir-birimizə daha yaxın olduq» (Dami).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş