Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g17 №  3 s. 3
  • Müqəddəs Kitabın müəllifi kimdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitabın müəllifi kimdir?
  • Oyanın! 2017
  • Başlıqlar
  • Oxşar material
  • «MÜQƏDDƏS YAZILARDAKI HƏR KƏLMƏ ALLAHDANDIR» SÖZLƏRİNİN MƏNASI NƏDİR?
  • Onlar müqəddəs ruhdan ilham almışdılar
    Gözətçi qülləsi 2012
  • Müqəddəs Kitab Allahdan namədir
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Müjdədən bəhs edən kitab
    İlahi müjdə
  • Allah vədlərini necə əyan edir?
    Gözətçi qülləsi (kütləvi) 2020
Əlavə
Oyanın! 2017
g17 №  3 s. 3
İş adamı katibinə məktub yazdırır

ÜZ QABIĞINDAKI MÖVZU | MÜQƏDDƏS KİTABIN MÜƏLLİFİ KİMDİR?

Müqəddəs Kitabın müəllifi kimdir?

ƏKSƏR insanlar Müqəddəs Kitabına Allahdan nazil olduğuna inanır. Bəziləri isə bu Kitabı insan təxəyyülünün məhsulu kimi qəbul edir.

Hətta Müqəddəs Kitabı öz kitabı kimi qəbul edən xristianların belə, arasında bu cür fikir ayrılığı var. Məsələn, 2014-cü ildə Birləşmiş Ştatlarda keçirilən sorğu nəticəsində məlum olmuşdu ki, özünü xristian adlandıran insanların əksəriyyəti «Müqəddəs Kitabın Allahla hansısa mənada bağlı olduğunu qəbul edir». Sorğuda iştirak edən 5 nəfərdən 1-i isə düşünür ki, bu kitab «qədimdən qalma nağıllar, rəvayətlər və tarixi hadisələr toplusu, insan qələminin məhsuludur». Müqəddəs Kitabla bağlı mövcud olan fikirayrılığı bizi bu kitabın özü haqqında dediyi növbəti sözlərin mənasına varmağa təşviq edir: «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır» (2 Timutiyə 3:16).

«MÜQƏDDƏS YAZILARDAKI HƏR KƏLMƏ ALLAHDANDIR» SÖZLƏRİNİN MƏNASI NƏDİR?

Müqəddəs Kitab 66 bölmədən ibarətdir. O, 1600 il ərzində yazılmışdır. Kitab 40 nəfər mömin insan tərəfindən qələmə alınıb. Siz sual verə bilərsiniz, əgər onu insanlar yazıbsa, nəyə görə ayədə deyilir ki, oradakı «hər kəlmə Allahdandır»? Bu sözlərin altında çox sadə həqiqət yatır: Kitabda yazılan bütün fikirlərin müəllifi Allahdır. Bu fikri Kitabın başqa bir ayəsi təsdiq edir: «İnsanlar müqəddəs ruh tərəfindən yönəldilərək Allahdan gələn sözləri danışıblar» (2 Butrus 1:21). Başqa sözlərlə desək, Allah Öz kəlmələrini müqəddəs ruhu, yəni qüvvəsi vasitəsilə Müqəddəs Kitabı yazan peyğəmbərlərə çatdırmışdı. Bu fikrə aydınlıq gətirmək üçün gəlin bir misal üzərində düşünək. Bir iş adamı katibinə məktub yazdırır. Heç kim iddia edə bilməz ki, məktubun müəllifi katibdir. O, sadəcə, müdirin fikirlərini qələmə alıb.

Müqəddəs Kitabı yazan peyğəmbərlərdən bir neçəsi mələyin dilindən Allahın sədasını eşitmiş və eşitdiyi xəbəri qələmə almışdır. Bu müqəddəslərdən bəzilərinə Allah sözlərini vəhylər vasitəsilə açmışdır. Bəzən isə onlar məlumatı röyada alırdılar. Müəyyən hallarda Allah onlara aldıqları məlumatı öz sözləri ilə yazmağa izin verirdi, bəzən isə sözlərini bir-bir diktə edirdi. Peyğəmbərlər məlumatı hansı vasitə ilə alırsa alsın hər bir vəziyyətdə onlar özlərinin yox, Allahın fikirlərini qələmə almışdılar.

Bəs bu insanların yazdığı məlumatın, doğrudan da, Allahdan olduğunu nə sübut edir? Gəlin Müqəddəs Kitabın Allahın ilahi qələminin bəhrəsi olduğunu təsdiq edən üç sübutu nəzərdən keçirək.

a Tövrat, Zəbur, İncil.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş