Ön söz
Günümüzdə insanlar o qədər məşğuldur ki, qohum-əqrəbayla və ailə üzvləri ilə maraqlanmağa vaxtları qalmır.
Vaxt məsələsində necə tarazlı ola bilərik?
Bir hikmətli insan belə demişdi: «Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır» (Vaiz 4:6).
«Oyanın!» jurnalının bu sayında vaxtdan düzgün istifadə etməklə bağlı faydalı məsləhətlər verilir.