Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g17 №  6 s. 8—9
  • Uşağa təvazökar olmağı öyrədin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Uşağa təvazökar olmağı öyrədin
  • Oyanın! 2017
  • Başlıqlar
  • Oxşar material
  • PROBLEM
  • NƏYİ BİLMƏLİSİNİZ?
  • NƏ EDƏ BİLƏRSİNİZ?
  • Övladınıza təvazökar olmağı öyrədin
    Oyanın! 2019
  • Övladınıza mətin olmağı öyrədin
    Oyanın! 2019
  • İsa Məsih təvazökarlıq nümunəsi qoydu
    Gözətçi qülləsi 2012
  • Yehova təvazökar bəndələrini dəyərləndirir
    Gözətçi qülləsi 2019
Əlavə
Oyanın! 2017
g17 №  6 s. 8—9
Uşaq anasını gözlədir

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Uşağa təvazökar olmağı öyrədin

PROBLEM

  • Cəmi 10 yaşı olan oğlunuz özündən yaman razıdır.

  • O, hamıdan xüsusi münasibət gözləyir.

«Görəsən, o, niyə belə davranır? Övladımın özünə inam hissinin olmasını istəsəm də, özünü hamıdan üstün hesab etməsini istəmirəm».

Bəs uşağın şəxsiyyətini alçaltmadan ona təvazökar olmağı necə öyrətmək olar?

Qız şahzadə kimi oturub, valideynləri də onun nazı ilə oynayırlar

NƏYİ BİLMƏLİSİNİZ?

Son onilliklər ərzində valideynlərə uşaqlarının bütün istəklərini yerinə yetirmək, tərifəlayiq bir şey olmadıqda belə onları tərifləmək, düzəliş və ya cəza verməmək tövsiyə olunurdu. Qeyd edilirdi ki, uşaq özünü xüsusi biri kimi hiss etsə, sağlam özünəinam hissi ilə böyüyəcək. Bəs nəticələr nə göstərdi? «“Mən” nəsli» kitabında qeyd olunur: «Uşaqlara özünəinam hissini aşılamaq onların yetkin, təmkinli və xoşbəxt olmasına kömək etmək əvəzinə, balaca özünəvurğunlar ordusu yetişdirib» («Generation Me»).

Daim tərif içində böyüyən uşaqlar məyusluğa, tənqidə və uğursuzluğa hazırlıqsız olurlar. Yalnız öz istəklərini düşünməyi öyrəndikləri üçün böyüyəndə başqaları ilə davamlı münasibətlər qurmaqda çətinlik çəkirlər. Nəticədə, onların bir çoxu narahatçılıq və depressiyaya məruz qalır.

Uşaqlar əsl özünəinam hissini daim xüsusi olduqları deyiləndə yox, əldə etdikləri nailiyyətlər sayəsində inkişaf etdirirlər. Nailiyyət əldə etmək üçün sadəcə özünə inanmaq kifayət etmir. Bunun üçün yeni bir şey öyrənmək və bu bacarığa tam yiyələnə qədər üzərində işləmək lazımdır (Məsəllər 22:29). Həmçinin onlar başqalarının da xeyrini düşünməlidirlər (1 Korinflilərə 10:24). Bütün bunlar isə təvazökarlıq tələb edir.

NƏ EDƏ BİLƏRSİNİZ?

Tərifi yerində söyləyin. Qızınız imtahandan yüksək qiymət alanda onu tərifləyin. Aşağı qiymət alanda isə müəllimi günahlandırmağa tələsməyin. Əks halda, çətin ki övladınız təvazökarlığı öyrənsin. Ona gələn dəfə daha yaxşı nəticə əldə etməyin yolunu göstərin. Tərifinizi nailiyyətlər əldə edəcəyi vaxta saxlayın.

Lazım gələndə düzəliş verin. Bu, o demək deyil ki, uşağın etdiyi hər səhvə görə onu danlamalısınız (Koloslulara 3:21). Lakin ciddi səhvlərə göz yummaq olmaz. Bu həmçinin yanlış meyillərə də aiddir. Vaxtında düzəliş verməsəniz, pis meyillər uşaqda dərin kök salacaq.

Tutaq ki, oğlunuz özünü öyməyə meyillidir. Əgər onun qarşısını almasanız, o, lovğa biri olacaq və insanlar ondan yan gəzəcək. Buna görə də uşağınıza başa salın ki, lovğalıq kənardan yaxşı görünmür və bu, onu pis vəziyyətə sala bilər (Məsəllər 27:2). Həmçinin izah edin ki, özü haqda tarazlı fikirdə olan insan bacarıqlarını başqalarına nümayiş etdirməyə ehtiyac duymur. Əgər ona mehribancasına düzəliş versəniz, bu, ona özünəinam hissini itirmədən təvazökar olmağa kömək edəcək (Müqəddəs Kitab prinsipi: Mətta 23:12).

Uşağınızı həyatın reallıqlarına hazırlayın. Uşağın hər nazıyla oynasanız, o, özünü «şahzadə» kimi hiss edəcək. Ona görə də uşağınız imkanınız çatmayan bir şeyi istəyəndə yaxşı olar ki, ona büdcəyə uyğun yaşamağın vacibliyini başa salasınız. Gəzintiyə və ya tətilə getməyiniz alınmayanda hər şeyin həmişə istədiyiniz kimi olmadığını və belə vəziyyətlərdə məyusluğa qapılmamağa sizə nəyin kömək etdiyini uşağınızla bölüşün. Uşağınızı hər cür əziyyətdən qorumaq əvəzinə, onu gələcəkdə üzləşə biləcəyi çətinliklərə hazırlayın (Müqəddəs Kitab prinsipi: Məsəllər 29:21).

Kömək əli uzatmağa təşviq edin. Övladınıza verməyin almaqdan daha çox xoşbəxtlik gətirdiyini görməyə kömək edin (Həvarilərin işləri 20:35). Məsələn, uşağınızla birgə siyahı tuta bilərsiniz. Siyahıya alış-verişdə, təmir işində və harasa aparıb-gətirməkdə köməyə ehtiyacı olan insanların adını yaza bilərsiniz. Bu insanlara uşağınızla birgə kömək edin. Qoy uşağınız görsün ki, başqalarına kömək etmək sizə nə qədər sevinc və məmnunluq gətirir. Sizin qoyduğunuz nümunə övladınıza təvazökar olmağı öyrətməyin ən gözəl yoludur (Müqəddəs Kitab prinsipi: Luka 6:38).

Ətraflı məlumat əldə etmək üçün jw.org saytına daxil olun. Həmçinin «Xudbin dünyada xeyirxah övlad böyüdək» adlı məqaləyə baxa bilərsiniz.

ƏSAS AYƏLƏR

  • «Özünü yüksəldən alçaldılacaq, özünü alçaldan yüksəldiləcək» (Mətta 23:12).

  • «Nökəri uşaqlıqdan ərköyün etsən, axırda nankor olar» (Məsəllər 29:21).

  • «Həmişə verin, onda sizə də verəcəklər» (Luka 6:38).

BAŞQALARINI ÖZÜNÜZDƏN ÜSTÜN SAYIN

Müqəddəs Kitabda yazılıb: «Hikkə ilə, təkəbbürlə heç nə etməyin. Əksinə, təvazökar olub başqalarını özünüzdən üstün sayın. Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:3, 4).

Bu prinsip əsasında böyüyən uşaq qəbul edəcək ki, hər kəs hansısa sahədə ondan üstündür. Ən əsası, təvazökarlıq övladınıza özünəvurğunluq ruhuna yoluxmamağa kömək edəcək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş